YAP Lerik Rayon Təşkilatı tərəfindən Lerik Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlər müzakirə olunub, qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə YAP Lerik Rayon Təşkilatının əməkdaşı Elman Rəcəbov, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov və digər iştirakçılar çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasətin əsas istiqamətləri, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və milli həmrəyliyin gücləndirilməsi məsələlərdən söz açılıb.
Bildirilib ki, Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində Azərbaycan regionun aparıcı dövlətinə çevrilib. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, sosial-iqtisadi inkişaf proqramları, ordu quruculuğu və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın gücünü və beynəlxalq mövqeyini daha da möhkəmləndirib. O da vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması xalqımızın tarixinə qızıl hərflərlə yazılan mühüm hadisələrdəndir. Bu tarixi nailiyyətlər dövlət-xalq-ordu birliyinin, milli həmrəyliyin və qətiyyətli siyasi iradənin təntənəsidir.
Daha sonra çıxış edən partiya fəalları cənab Prezidentin çıxışının onların üzərinə böyük məsuliyyət qoyan bir proqram olduğunu, eləcə Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmağın hər bir partiya üzvünə qürur hissi yaşatdığını deyiblər . Çıxışlarda, həmçinin dövlətçilik ideallarına xidmət etməyin onlarda böyük məmnunluq hissi yaratdığını qeyd edərək, bundan sonra da ölkəmizin tərəqqisi naminə fəal çalışacaqlarını bildiriblər.
Tural Əliyev,
Lerik rayonu Əli Hüseynov adına Dəstər kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi