Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərə həsr olunmuş görüşlər davam edir.
Sabunçu qəsəbəsi, “Nikolay Baybakov küçəsi 239” (12 saylı Şəhər poliklinikası), Balaxanı qəsəbəsi, “A.Şaiq küçəsi 46” (22 saylı Şəhər poliklinikası) və Zabrat qəsəbəsi, “Oktyabr küçəsi 29” (Neftqazmaş zavodu) ünvanları üzrə ərazi partiya təşkilatlarında keçirilən görüşlərdə qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının Sədri, prezident İlham Əliyevin çıxışı Azərbaycanın keçdiyi tarixi yolun, əldə edilmiş Zəfərlərin və qarşıdakı strateji hədəflərin geniş mənzərəsini ortaya qoydu. Yeni Azərbaycan Partiyasının hər bir üzvü və fəalı yeni mərhələdə qarşıya qoyulan vəzifələrin icrasına öz töhfəsini verməli, dövlətçilik və milli maraqlar ətrafında həmrəyliyi daha da gücləndirməlidir.
Çıxış edənlər partiya üzvlərinin ictimai fəallığının artırılması, əhali ilə əlaqələrin genişləndirilməsi və dövlətin daha da inkişaf etməsinə xidmət edə biləcək ideyaların və təşəbbüslərin irəli sürülməsi və reallaşması üçün mühüm addımların atılması, işlərin görülməsinin vacibliyini qeyd ediblər.