PDF Oxu

Siyasət

  • 1 112

YAP-ın VIII Qurultayının ideoloji istiqamətləri Təhsil şöbəsi ərazi partiya təşkilatında müzakirə edilib - FOTO

YAP-ın VIII Qurultayının ideoloji istiqamətləri Təhsil şöbəsi ərazi partiya təşkilatında müzakirə edilib - FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında müəyyənləşdirilən strateji istiqamətlərin, partiyanın ideoloji fəaliyyətinin və qarşıda duran əsas vəzifələrin müzakirəsi məqsədilə YAP Tərtər rayon təşkilatının Təhsil şöbəsi ərazi partiya təşkilatında görüş keçirilib.

Görüşdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin VIII Qurultaydakı çıxışının əsas məqamlarına toxunaraq, partiyanın qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib. O bildirib ki, qurultayda müəyyənləşdirilən hədəflər ölkənin gələcək inkişafı, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və milli ideologiyanın təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Eldar Əsədov təhsil sahəsində çalışan partiya üzvlərinin üzərinə düşən məsuliyyəti xüsusi qeyd edib. O vurğulayıb ki, təhsil yalnız bilik və bacarıqların formalaşdırılması deyil, eyni zamanda, gənc nəslin milli-mənəvi dəyərlərə, vətənpərvərlik və dövlətçilik prinsiplərinə bağlı ruhda yetişdirilməsi baxımından da mühüm sahədir. Bu baxımdan müəllimlərin cəmiyyətin maarifləndirilməsində, sağlam ideoloji mühitin formalaşdırılmasında və gənclərin fəal vətəndaş kimi yetişməsində xüsusi rolu vardır.

E.Əsədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri Azərbaycanın davamlı inkişafının təmin olunması, milli maraqların qorunması və cəmiyyətin birliyinin möhkəmləndirilməsidir. O, təhsil sahəsində çalışan partiya üzvlərini bu məqsədlərin təbliğində fəal olmağa, gənclərə dövlətçilik tariximizin və milli-mənəvi dəyərlərimizin aşılanmasına xüsusi diqqət yetirməyə çağırıb.

Görüşdə çıxış edən üzvlər YAP-ın VIII Qurultayının əhəmiyyətindən danışıb, təhsil müəssisələrində vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, müəllimlərin ictimai fəallığının artırılması və partiyanın ideoloji fəaliyyətinin daha səmərəli təşkili ilə bağlı fikirlərini bölüşüblər.

Sonda bildirilib ki, Təhsil şöbəsi ərazi partiya təşkilatı partiyanın müəyyənləşdirdiyi hədəflərin təbliği, təhsilalanların vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin yaşadılması və dövlətçilik ideyalarının gənc nəslə aşılanması istiqamətində fəaliyyətini davam etdirəcək.

Digər xəbərlər