PDF Oxu

Siyasət

  • 677

Dövlətçilik maraqlarının qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi - FOTO

Dövlətçilik maraqlarının qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi - FOTO

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında qarşıya qoyulan vəzifələr 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ərazi partiya təşkilatında müzakirə olunub.
YAP Lənkəran rayon təşkilatının təşəbbüsü ilə keçirilən tədbirin əvvəlində görkəmli dövlət xadimi, dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni oxunub.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında proqram xarakterli nitqindən irəli gələn vəzifələrə toxunan 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ərazi partiya təşkilatının sədri Əlizamin Həmidov qurultayda səsləndirilən ideya və təşəbbüslərin partiya təşkilatlarının fəaliyyətində əsas istiqamət kimi nəzərə alınmasının, üzvlər arasında ideoloji maarifləndirmə işinin gücləndirilməsinin və qarşıya qoyulan vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

VIII Qurultayda müəyyənləşdirilmiş hədəflərin ölkənin gələcək inkişafı və partiyanın cəmiyyət həyatında rolunun daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirən qurultay iştirakçısı Asif Məmmədov deyib:- Partiya üzvləri dövlətçilik maraqlarının qorunmasında, milli həmrəyliyin möhkəmləndirilməsində və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyətinin ictimaiyyətə çatdırılmasında fəal mövqe nümayiş etdirməlidirlər. Natiq eləcə ərazi partiya təşkilatlarında işin səmərəliliyinin artırılmasının və üzvlərin təşəbbüskarlığının dəstəklənməsinin əhəmiyyətindən danışıb.
YAP fəalı Elvin Mirizadə çıxışında gənclərin ictimai-siyasi proseslərdə iştirakının genişləndirilməsi, onların dövlətçilik ideyalarına və milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi məsələlərinə toxunub. O, partiyanın qarşısında duran vəzifələrin uğurla yerinə yetirilməsində hər bir üzvün şəxsi məsuliyyətinin, fəallığının və təşəbbüskarlığının mühüm rol oynadığını qeyd edib.
Digər YAP fəalı Emil Ağayev isə qurultayda müəyyənləşdirilən məqsədlərin gündəlik fəaliyyətə tətbiqinin vacibliyini, partiya üzvləri arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinin, ictimaiyyətlə əlaqələrin inkişaf etdirilməsinin və ölkədə aparılan islahatların mahiyyətinin vətəndaşlara düzgün çatdırılmasının əhəmiyyətindən, həmçinin partiyanın ideoloji prinsiplərinə sadiqliyin və ümumi məqsədlər naminə birgə fəaliyyətin əsas şərtlərdən danışıb.

İclasda VIII Qurultayında müəyyən edilən strateji hədəflər, ölkədə həyata keçirilən islahatlar, dövlət siyasətinin prioritet istiqamətləri və ərazi partiya təşkilatlarının qarşısında duran vəzifələr ətrafında müzakirələr aparılıb.
Tədbirin yekununda Azərbaycan Partiyasının Himni səslənib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər