PDF Oxu

Siyasət

  • 481

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr Lənkəran şəhər 10 nömrəli tam orta məktəbdə müzakirə olunub - FOTO

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələr Lənkəran şəhər 10 nömrəli tam orta məktəbdə müzakirə olunub - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş iclas Lənkəran şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbinin ərazi partiya təşkilatında keçirilib.

Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İclası giriş sözü ilə açan məktəbin ərazi partiya təşkilatının sədri Rəsidə Məmmədova YAP-ın VIII Qurultayının partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və qarşıya qoyulan vəzifələrin sistemli şəkildə həyata keçirilməsi baxımından əhəmiyyətini qeyd edib. O, qurultayda səsləndirilən fikirlərin və irəli sürülən təşəbbüslərin partiya üzvlərinin gündəlik fəaliyyətində əsas istiqamət kimi rəhbər tutulmasının vacibliyini vurğulayıb.

Daha sonra məruzə ilə çıxış edən Şahin Məmmədov YAP-ın VIII Qurultayında müzakirə olunan məsələlər, Azərbaycanın davamlı inkişaf strategiyası, dövlət siyasətinin əsas prioritetləri və ölkəmizin əldə etdiyi uğurlar barədə ətraflı məlumat verib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə, milli maraqların qorunmasına və cəmiyyətin qarşısında duran mühüm hədəflərin reallaşdırılmasına xidmət etdiyini bildirib. Məruzəçi, həmçinin partiya təşkilatlarının üzərinə düşən vəzifələrdən danışaraq ideoloji işin gücləndirilməsinin, partiya üzvlərinin fəallığının artırılmasının və qurultayda müəyyənləşdirilən məqsədlərin həyata keçirilməsində hər kəsin məsuliyyətli mövqe nümayiş etdirməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Məruzə ətrafında çıxış edən YAP fəalları Aynurə Abbasova, Fuad Əliyev və İlhamə Nurullayeva qurultayda müzakirə olunan məsələlərə münasibətlərini bildirərək qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində partiya üzvlərinin fəallığının və məsuliyyətinin vacibliyini vurğulayıblar. Onlar ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri, milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və dövlətçilik ənənələrinin yaşadılması məsələlərinə toxunublar.

Çıxışlarda təhsil müəssisələrində şagirdlərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsinin, onların vətənə məhəbbət və dövlətə sədaqət ruhunda yetişdirilməsinin, eləcə də gənclərdə fəal vətəndaş mövqeyinin formalaşdırılmasının əhəmiyyəti qeyd olunub. Bildirilib ki, təhsil müəssisələri yalnız bilik və bacarıqların formalaşdırıldığı məkan deyil, eyni zamanda milli dəyərlərin, vətənə bağlılığın və vətəndaşlıq məsuliyyətinin aşılandığı mühüm ictimai mühitdir.

İştirakçılar vurğulayıblar ki, YAP-ın VIII Qurultayında müəyyənləşdirilən vəzifələrin mahiyyətinin düzgün dərk olunması, irəli sürülən ideya və təşəbbüslərin gündəlik fəaliyyətdə rəhbər tutulması və onların həyata keçirilməsində hər bir partiya üzvünün fəal iştirak etməsi mühüm əhəmiyyət daşıyır.

İclasda YAP-ın VIII Qurultayında müəyyənləşdirilən strateji hədəflər, ölkəmizdə həyata keçirilən islahatlar, təhsil sahəsinin inkişafı, gənc nəslin vətənpərvərlik tərbiyəsi və partiya təşkilatlarının qarşısında duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı qurultayda irəli sürülən ideya və təşəbbüslərin yerli təşkilatların fəaliyyətində nəzərə alınmasının, ideoloji işin gücləndirilməsinin və partiya fəallarının ictimai-siyasi proseslərdə fəal iştirakının vacibliyi bir daha vurğulanıb.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər xəbərlər