Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak etmək üçün Türkiyədə səfərdədir.SİA xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında məlumat paylaşılıb.Qeyd olunub ki, Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidan tərəfindən qarşılanıb.