Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında oktyabrın 30-da Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində təkbətək görüş olub.SİA-nın məlumatına görə, hökumət başçıları Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın müxtəlif aspektlərini, ikitərəfli gündəlikdə duran aktual məsələləri və ikitərəfli əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.Qeyd edək ki, görüşdən sonra iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasının keçirilməsi nəzərdə tutulur.