PDF Oxu

Siyasət

  • 668

YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatlarında VIII Qurultaydan irəli gələn məsələlərlə bağlı görüşlər davam edir

YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatlarında VIII Qurultaydan irəli gələn məsələlərlə bağlı görüşlər davam edir

Sabunçu qəsəbəsi, “Həmid Araslı küçəsi 9” (215 nömrəli tam orta ümumtəhsil məktəbi) ünvanı üzrə ərazi partiya təşkilatında görüş keçirilib.

Görüşdə çərçivəsində Azərbaycanın güclənməsinə və tərəqqisinə xidmət edən prioritetlər, dövlətçilik ənənələrinin qorunması, milli maraqların müdafiəsi və ictimai həmrəyliyin möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, informasiya mühitində milli maraqların qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və dövlətimizin uğurlarının ictimaiyyətə çatdırılması istiqamətində görüləcək işlərin əhəmiyyəti vurğulanıb.

Çıxış edənlər Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən prioritet istiqamətlər, ölkənin sosial-iqtisadi inkişafı, insan kapitalının gücləndirilməsi və müasir çağırışlara uyğun fəaliyyətin təşkili barədə fikirlərini bölüşüblər. Çıxışlarda partiya üzvlərinin təşəbbüskarlığının artırılması, gənclərin ictimai-siyasi fəallığının dəstəklənməsi, milli birlik və həmrəyliyin möhkəmləndirilməsi, eləcə də Ulu Öndər Heydər Əliyevin siyasi irsinin təbliği məsələlərinə xüsusi diqqət yetirilib.

Digər xəbərlər