PDF Oxu

Siyasət

  • 1 340

ANAMA ilə Slovakiya Silahlı Qüvvələri arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub

ANAMA ilə Slovakiya Silahlı Qüvvələri arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) ilə Slovakiya Silahlı Qüvvələri arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub.Bu barədə SİA-ya ANAMA-dan məlumat verilib.Bildirilib ki, müzakirə ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovun Azərbaycanda rəsmi səfərdə olan Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Miroslav Lorincin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı baş tutub.Görüşdə Agentliyin tarixi, fəaliyyəti, Azərbaycanda mövcüd mina probleminin miqyası, bu problemin yaratdığı fəsadlar və işğaldan azad edilmiş ərazilərdə icra edilən humanitar minatəmizləmə əməliyyatlarının gedişatı barədə nümayəndə heyətinə məlumat verilib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı sursatlardan təmizlənməsi əhalinin təhlükəsizliyinin təmin olunması, infrastruktur layihələrinin icrası, iqtisadi fəaliyyətin bərpası və Böyük Qayıdış prosesinin davamlı şəkildə həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.Görüşdə, gələcək əməkdaşlıq imkanları, Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə Slovakiyanın mümkün dəstəyi, təlimlər, təcrübə və bilik mübadiləsi, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər