PDF Oxu

Siyasət

  • 1 336

"Dinlərarası dialoq Azərbaycanın beynəlxalq nüfuzunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH EDİLDİ

"Dinlərarası dialoq Azərbaycanın beynəlxalq nüfuzunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH EDİLDİ

"Azərbaycan İslam dünyası və bütövlükdə dünya üçün dinlərarası dialoq baxımından nümunəvi ölkələrdən biridir. Hətta deyərdim ki, bu sahədə özünəməxsus bir model formalaşdırıb. Çünki Azərbaycan dövləti dünyəvi olsa da, bütün dinlərə, o cümlədən İslama yüksək səviyyədə qayğı göstərir".Bunu SİA-ya açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.Siyasi eksperti sözlərinə belə davam edib:"Ölkəmizdə İslam dini üstünlük təşkil edir. Bu da Azərbaycan əhalisinin böyük əksəriyyətinin müsəlman olması ilə bağlıdır. Ona görə də dövlətin İslamla əlaqəli sahələrə daha çox diqqət ayırması təbiidir. Bununla yanaşı, ən azsaylı dini icmaların belə dövlət qayğısından kənarda qalmaması xüsusi əhəmiyyət daşıyır.Azərbaycan İslam mədəniyyətinin qorunması ilə yanaşı, qeyri-İslam mədəniyyətinin, digər dinlərə məxsus tarixi və dini irsin mühafizəsi üçün də mümkün olan hər şeyi edir. Bəzən isə mümkün hesab ediləndən daha artıq addımlar atır. Bu baxımdan Azərbaycan özünəməxsus model formalaşdırmış dövlətdir. Prezident İlham Əliyevin bu istiqamətdəki çıxışları və təşəbbüsləri də beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir.Bütün bunlar İslam dünyası ilə Azərbaycanın münasibətlərinin, eləcə də ölkəmizin beynəlxalq dialoq prosesindəki rolunun qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan həm ölkə daxilində dinlərarası dialoqun inkişafına nail olmağa çalışır, həm də beynəlxalq müstəvidə bu istiqamətdə müxtəlif təşəbbüslərlə çıxış edərək qlobal dialoqa töhfə verir.Xüsusilə islamofobiya və İslam dininə qarşı düşmənçilik məsələlərini beynəlxalq gündəmə gətirən ölkələrdən biri Azərbaycandır. Prezident İlham Əliyev ən yüksək beynəlxalq tribunalardan etdiyi çıxışlarda dəfələrlə bu problemə diqqət çəkib və onunla mübarizənin vacibliyini vurğulayıb.Bu baxımdan hesab edirəm ki, Azərbaycanın İslam dünyasında, eləcə də bütövlükdə dünyada tolerantlıq, multikulturalizm və qarşılıqlı anlaşma mühitinin formalaşmasına verdiyi töhfələr diqqətlə qiymətləndirilməlidir. Eyni zamanda, ölkəmizin bu istiqamətdə gələcəkdə verə biləcəyi töhfələr də kifayət qədər çoxdur".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər