PDF Oxu

Siyasət

  • 606

Əldə olunan tarixi nailiyyətlər və gələcək hədəflər - FOTO

Əldə olunan tarixi nailiyyətlər və gələcək hədəflər - FOTO

Asxanakəran və Hamoşam cənub qapımız Astara rayonunun ən ucqar dağ kəndləri sayılır. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ilə bağlı növbəti tədbir bu iki yaşayış məntəqəsini əhatə edən ərazi partiya təşkilatında keçirilib.
YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərovun, yerli icra nümayəndələrin, partiya veteranların, ərazi partiya təşkilatların üzvlərinin, YAP fəallarının qatıldığı tədbirdə əvvəlcə dahi şəxsiyyət, görkəmli dövlət xadim, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi sükutla anılıb.
Çıxış edib Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin VIII Qurultaydakı nitqindən irəli gələn mühüm məsələlər, partiyanın qarşısında duran vəzifələr, ölkəmizin əldə etdiyi tarixi nailiyyətlər və gələcək hədəflər barədə ətraflı danışan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, həmçinin partiya üzvlərinin üzərinə düşən məsuliyyətin artırılmasının, ideoloji işin gücləndirilməsinin və dövlətçilik prinsiplərinin təşviqinin vacibliyini bildirib.

Daha sonra söz alan Asxanakəran ərazi icra nümayəndəsi Səlaəddin Əliyev və partiya veteranı Xurşid Teymurov Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışının xalqımızda böyük qürur hissi yaratdığını, eləcə Azərbaycanın qazandığı uğurların, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının ölkəmizin tarixində mühüm mərhələ olduğunu deyiblər.
Hamoşam kənd məktəbin direktoru, kənd ərazi partiya təşkilatının sədr müavini Asəf Abdulov və YAP fəalı İqbal Cəbiyev çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, ölkənin ictimai-siyasi həyatındakı rolundan və VIII Qurultayın tarixi əhəmiyyətindən danışıblar.
Tədbirlərdə qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafına, milli maraqlarımızın qorunmasına və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə öz töhfəsini verməkdə davam edəcək.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər