PDF Oxu

Siyasət

  • 642

YAP Qobustan təşkilatı partiya üzvləri ilə görüşlər keçirib - FOTOLAR

YAP Qobustan təşkilatı partiya üzvləri ilə görüşlər keçirib - FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatının “Təklə Mirzəbaba”,“Təklə”, “Sündü” və “Ərəbşalbaş” ərazi partiya təşkilatlarında partiya üzvləri ilə görüşlər keçirilib. Görüşlərdən öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin YAP-nın VIII Qurultayında geniş, əhatəli çxışından irəli gələn məsələlərlə bağlı YAP Qobustan rayon təşkilatının sədr müavini Elməddin Hüseynov məruzə ilə çıxış edib.

Məruzə ətrafında çıxışlarda YAP-nın VIII Qurultayının nümayəndəsi, Vətən Müharibəsi Qəhrəmanı,Canlı Əfsanə Mirdamət Bağıyev öz təəssüratlarını bölüşərək,qarşıda duran vəzifələrdən danışıb.

Həmçinin tədbirdə partiya fəallarından Baxşalı Baxşaliyev,Emin Seyidov,Əlisa Hacıyev,Vidadi Müseyibov,Yunis Əmrahov,Fədai Balaqardaşov,Afət Balaqardaşova,Elçin Orucov və Əlövsət Qurbanov çıxış etmişlər

Digər xəbərlər