Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “C.Hacıbəyli küçəsi 220” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, Partiyanın sədri cənab İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn məsələlər üzrə növbəti görüş təşkil edilib.
Görüşdə Azərbaycanın qazandığı tarixi nailiyyətlərin möhkəmləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri və Böyük Qayıdışın əhəmiyyəti diqqətə çatdırılıb. Bununla yanaşı, ölkəmizin beynəlxalq mövqeyinin gücləndirilməsi, milli maraqların müdafiəsi və dövlət siyasətinin cəmiyyətə düzgün çatdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin partiya üzvlərinin ictimai proseslərdə fəallığının artırılması, gənclərlə işin genişləndirilməsi və informasiya mühitində milli maraqların qorunması istiqamətində görüləcək tədbirlər vurğulanıb. Qeyd edilib ki, VIII Qurultayda müəyyənləşdirilən məqsədlərin həyata keçirilməsi üçün hər bir partiya üzvü öz fəaliyyətində məsuliyyət və təşəbbüskarlıq nümayiş etdirməlidir.