PDF Oxu

Siyasət

  • 558

YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında VIII Qurultaydan irəli gələn siyasi və ictimai vəzifələr müzakirə olunub

YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında VIII Qurultaydan irəli gələn siyasi və ictimai vəzifələr müzakirə olunub

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “N.Yusifbəyli küçəsi 109” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, Partiyanın sədri cənab İlham Əliyevin VIII Qurultayda müəyyən etdiyi strateji istiqamətlər və qarşıya qoyulan yeni hədəflərlə bağlı partiya üzvləri ilə növbəti görüş keçirilib.

Görüşdə YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov Azərbaycanın müstəqil və prinsipial siyasətinin davam etdirilməsi, dövlətin müdafiə qüdrətinin və iqtisadi imkanlarının artırılması, işğaldan azad olunmuş ərazilərdə quruculuq prosesinin genişləndirilməsi məsələlərini diqqətə çatdırıb. Eyni zamanda, milli ideologiyanın qorunması, informasiya müharibəsi şəraitində cəmiyyətin düzgün istiqamətləndirilməsi və partiyanın ictimai-siyasi proseslərdə rolunun gücləndirilməsi ətrafında danışıb.
Çıxış edən YAP Nərimanov rayon təşkilatının “N.Yusifbəyli küçəsi 109” ünvanı üzrə Ərazi Partiya Təşkilatının sədri Cəmilə Talıbova vurğulayıb ki, müasir dövrün tələbləri partiya üzvlərindən daha fəal, çevik və prinsipial mövqe tələb edir. Bu baxımdan, qurultayda səsləndirilən çağırışların gündəlik fəaliyyətə tətbiqi, ictimaiyyətlə işin təkmilləşdirilməsi və dövlətçilik maraqlarının müdafiəsi hər bir üzvün əsas məsuliyyət istiqamətlərindən olmalıdır.

Digər xəbərlər