Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Təbriz küçəsi 474” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, Partiyanın sədri cənab İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi mühüm fikirlər və partiyanın gələcək fəaliyyətinə dair prioritetlər üzrə növbəti görüş keçirilib.
Görüş zamanı Azərbaycanın regional və beynəlxalq müstəvidə artan nüfuzu, iqtisadi potensialının gücləndirilməsi, sosial inkişafın davam etdirilməsi və milli birliyin qorunması məsələlərinə toxunulub. Eyni zamanda, dövlətçilik ideologiyasının təbliği, gənclərin ictimai fəallığının artırılması, milli-mənəvi dəyərlərin təşviqi və informasiya məkanında ölkəmizin maraqlarının müdafiəsi vacib istiqamətlər kimi qeyd edilib.
Görüşdə bildirilib ki, partiyanın qarşısında duran yeni vəzifələrə uyğun olaraq fəaliyyətin daha çevik və səmərəli təşkili, üzvlərin təşəbbüslərinin artırılması və ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi mühüm əhəmiyyət daşıyır. VIII Qurultayın müəyyən etdiyi strateji xəttin ardıcıl şəkildə davam etdirilməsinin vacibliyi vurğulanıb.