PDF Oxu

Siyasət

  • 557

Şagirdlər Vətən şəhidlərinin ev muzeyində - FOTO

Şagirdlər Vətən şəhidlərinin ev muzeyində - FOTO

Lerik rayon Heydər Əliyev Mərkəzinin və Lerik rayon Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə şagirdlərin Vətən Müharibəsi Qəhrəmanı, mayor Amid Heydərovun və Şuşa fatehi Əliqismət Yaqublunun ev muzeylərinə info-turu təşkil olunub.
Əsas məqsəd şagirdlərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, Vətən müharibəsi qəhrəmanlarının həyat və döyüş yolunun gənc nəslə tanıdılması, onların qəhrəmanlıq irsinin təbliği və tarixi yaddaşın qorunması olan info-turda ziyarət zamanı şagirdlər qəhrəmanların həyat və fəaliyyəti, döyüş yolu, göstərdikləri şücaət və Vətən uğrunda fədakarlıqları haqqında ətraflı məlumat əldə ediblər. Ev muzeylərində nümayiş etdirilən eksponatlar, fotoşəkillər və şəxsi əşyalar şagirdlərdə böyük maraq yaradıb.
İnfo-tur iştirakçılara Vətən yolunda canını fəda edib ölməzliyə qovuşan qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolunu daha yaxından tanımaq, Vətənə sevgi, milli-mənəvi dəyərlərə bağlılıq və tarixi irsimizə hörmət hisslərini daha da möhkəmləndirmək baxımından əhəmiyyətli olub.

Tural Əliyev,

Lerik rayonu Dəstər kənd məktəbinin müəllimi

Digər xəbərlər