PDF Oxu

Siyasət

  • 1 153

Möhtəşəm Zəfər yolu: yeni zirvələrə doğru - FOTOLAR

Möhtəşəm Zəfər yolu: yeni zirvələrə doğru - FOTOLAR

Noyabrın 4-də YAP Samux rayon təşkilatında Samux Rayon İcra Hakimiyyətinin, YAP Samux rayon təşkilatının və Samux rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Möhtəşəm Zəfər yolu: yeni zirvələrə doğru” adlı dəyirmi masa keçirilib.
Tədbirdə şəhid ailələri, qazilər, müharibə veteranları və partiya fəalları iştirak ediblər.
Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixində müstəsna əhəmiyyətini vurğulayaraq bu Qələbənin xalqımızın birliyinin, dövlətimizin qüdrətinin, ordumuzun rəşadətinin və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin nəticəsi olduğunu bildirib. Şəhidlərin və qazilərin fədakarlığının heç vaxt unudulmayacağını, Zəfər tarixinin gələcək nəsillərə çatdırılmasının hər kəsin mənəvi borcu olduğunu qeyd edib.
Tədbirdə 44 günlük Vətən müharibəsində şəhid olmuş leytenant Elvin Məmmədzadənin atası İlham Məmmədov çıxış edərək oğlunun və silahdaşlarının qəhrəmanlıq yolundan danışıb. O, şəhidlərin xatirəsinin daim yaşadılmasının vacibliyini vurğulayaraq şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Vətən müharibəsinin iştirakçıları – ehtiyatda olan polkovnik Aydın Şıxəliyev və qazi Səbuhi Namazov çıxışlarında Azərbaycan Ordusunun döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan, əsgərlərimizin Vətənə sədaqətindən və tarixi Zəfərin əhəmiyyətindən bəhs ediblər. Onlar bildiriblər ki, bu Qələbə güclü dövlətin, qüdrətli ordunun və xalq-ordu birliyinin təntənəsidir. Həmçinin şəhidlərin xatirəsinin yaşadılmasının, qazilərə diqqət və qayğının göstərilməsinin, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Samux rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Rasim İmamquliyev və Samux şəhər 2 saylı tam orta məktəbin müəllimi Nigar İskəndərova çıxışlarında Zəfər Gününün gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını bildiriblər. Onlar gənclərin şəhidlərimizin qəhrəmanlıq yolunu öyrənməsinin, milli-mənəvi dəyərlərə sahib çıxmasının, savadlı və vətənə bağlı vətəndaşlar kimi yetişməsinin vacibliyini qeyd ediblər.
Tədbirin sonunda Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “Zəfəri bizə yaşadanlar” lahiyəsində göstərdiyi dəstəyə görə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və vətən müharibəsi iştirakçısı olan qazilər Gəncə-Daşkəsən Regional İdman İdarəsi Samux rayonu üzrə Gənclər və İdman Sektoru tərəfindən tərəfindən təşəkkürnamə ilə təltif olunublar.

Digər xəbərlər