04 noyabr 2026-ci il tarixdə Samux Rayon İcra Hakimiyyətinin və YAP Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə qələbəmizin altıncı ildönümünə həsr edilmiş ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyası Samux-Kür magistral yolunun hər iki tərəfində təşkil edilib. Aksiya çərçivəsində 1500-ə yaxın müxtəlif növ ağac və dekorativ gül kolları əkilib.
Aksiyada Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev,YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, YAP Samux rayon təşkilatının əməkdaşları və partiya fəalları, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.
Aksiya çərçivəsində iştirakçılar ağac əkməklə yanaşı, yol kənarlarında təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.