Milli Məclisin deputatı Nigar Məmmədova Abşeron rayonunun Güzdək qəsəbəsinin Vətən müharibəsi şəhidi Rüstəm Turabovun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.Görüşdə millət vəkili 44 günlük Vətən müharibəsində misilsiz şücaət göstərən şəhidlərin mənalı ömür yolunun gənc nəsil üçün örnək olduğunu bildirib. O, rəşadətli Azərbaycan Ordusunun Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli torpaqlarımızı azad edərək tarixi Zəfərə imza atdığını qeyd edib.Şəhidin ailə üzvləri bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnnətdarlıqlarını ifadə ediblər.