PDF Oxu

Siyasət

  • 1 132

“Çin Kommunist Partiyasının XXI Qurultayı 2027-ci ilin ikinci yarısında keçiriləcək” - Lu Mey

“Çin Kommunist Partiyasının XXI Qurultayı 2027-ci ilin ikinci yarısında keçiriləcək” - Lu Mey

Çin Kommunist Partiyasının XXI Qurultayının 2027-ci ilin ikinci yarısında keçirilməsi barədə qərar qəbul edilib. Qurultay ölkənin sosialist modernləşməsi və ikinci yüzillik hədəfinə doğru inkişafı baxımından mühüm siyasi hadisə olacaq.SİA xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Lu Mey Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin V Plenumunun yekunlarına dair brifinqdə deyib.O bildirib ki, qarşıdakı qurultay partiyanın sosialist modernləşmənin fundamental mərhələsində olduğu və ikinci yüzillik hədəfinə doğru yeni inkişaf yoluna qədəm qoyduğu bir dövrdə keçiriləcək.Səfirin sözlərinə görə, XXI Qurultay Çin Kommunist Partiyasının və bütövlükdə ölkənin siyasi həyatında mühüm əhəmiyyət daşıyır.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər