15 noyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə YAP Goranboy rayon təşkilatının könüllülərin asudə vaxtının səmərəli təşkili, onların ölkəmizin zəngin tarixi-mədəni irsi, milli-mənəvi dəyərləri və turizm potensialı ilə daha yaxından tanış olmalarına şərait yaratmaq, eləcə də könüllülər arasında dostluq və həmrəylik münasibətlərini möhkəmləndirmək məqsədi ilə Şəki rayonu və Mingəçevir şəhərinə səfər təşkil olunub.
Səfər çərçivəsində könüllülər Şəki rayonunun Kiş kəndində yerləşən Qafqazın ilk kilsəsi adlandırılan Alban Məbədini, Şəki şəhərində yerləşən Azərbaycanın qədim memarlıq incilərindən olan Şəki Xan Sarayını və Yuxarı Karvansara Kompleksini ziyarət ediblər. Ziyarət zamanı iştirakçılara bələdçilər tərəfindən bu tarixi məkanların zəngin keçmişi, memarlıq xüsusiyyətləri və mədəni əhəmiyyəti barədə geniş məlumat verilib.
Daha sonra gəzinti Mingəçevir şəhərində davam edib. Könüllülər Kür çayının sahilində istirahət edib, şəhərin füsunkar mənzərəsindən zövq alıb, xoş və yaddaqalan anlar yaşayıblar.
Könüllülər belə maraqlı və əlamətdar tədbirin təşkilinə görə Yeni Azərbaycan Partiyasına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, YAP Goranboy rayon təşkilatı tərəfindən könüllülərin ictimai fəallığının artırılması, onların asudə vaxtlarının səmərəli təşkili və könüllülük fəaliyyətinin təşviqi istiqamətində tədbirlərin həyata keçirilməsi bundan sonra da davam etdiriləcək.