PDF Oxu

Siyasət

  • 928

"Azərbaycanın yeni geosiyasi reallıqlar fonunda mövqeyi daha da güclənir" - POLİTOLOQ DANIŞDI

"Azərbaycanın yeni geosiyasi reallıqlar fonunda mövqeyi daha da güclənir" - POLİTOLOQ DANIŞDI

"Son illərdə Azərbaycanın daxili sosial-iqtisadi dinamikası və beynəlxalq müstəvidəki mövqeyi ərazi bütövlüyünün tam bərpasından sonra formalaşan yeni geosiyasi reallıqlar əsasında inkişaf edir. Daxili iqtisadi siyasətdə əsas diqqət iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun, xüsusilə sənaye, nəqliyyat-logistika və rəqəmsal sahələrin inkişafına, eləcə də yaşıl enerjiyə keçidə və işğaldan azad edilmiş ərazilərin bərpasına yönəlib".Bu sözləri SİA-ya açıqlmasında politoloq Zeynal Əmrəliyev deyib.O bildirib ki, bu makroiqtisadi dayanıqlıq həm sosial təminat proqramlarının icrasında, həm də ölkənin xarici maliyyə müstəqilliyinin qorunub saxlanılmasında əsas amil kimi çıxış edir:"Xarici siyasət müstəvisində isə rəsmi Bakı çoxvektorlu və balanslaşdırılmış diplomatik xətt yürüdərək müharibədən sonrakı dövrdə regional güc kimi mövqelərini möhkəmləndirir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş rolunu oynayır. Eyni zamanda, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində, həmçinin şimaldan cənuba, şərqdən qərbə uzanan tranzit yollarının qovşağında yerləşən strateji əhəmiyyətli tranzit ölkə kimi mövqeyini daha da gücləndirir.Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşməsi, qlobal iqlim məsələləri və digər beynəlxalq platformalarda fəal iştirak Azərbaycana həm milli maraqlarını səmərəli şəkildə müdafiə etməyə, həm də Cənubi Qafqazda yeni sülh və əməkdaşlıq gündəliyinin formalaşmasına töhfə verməyə imkan yaradır.Qarşıdakı dövrdə də uğurlu mərhələlərin həyata keçirilməsi gözlənilir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət və daxili iqtisadi siyasət bir-birini tamamlayaraq Azərbaycanı regionun ən güclü dövlətlərindən birinə və nüfuzlu regional gücə çevirir".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər