Siyasət

  • 3 597

"Sözsüz ki, bu sərəncamlar axırıncı deyil" ÖZƏL-MÜNASİBƏT

image

"Ümumiyyətlə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirələr ənənə halını alıb". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.Deputatın sözlərinə görə, bu müşavirələrin keçirilməsi görülən işləri qiymətləndirmək, nəticələri araşdırmaq, qarşıda duran vəzifələri təhlil etmək və qoyulan vəzifələrə münasibət bildirmək baxımından çox əhəmiyyətlidir: "Sözsüz ki, Prezident İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirə də son 6 ay ərzində ölkədə baş verən hadisələrə iqtisadi-sosial inkişafa, eləcə də dünya reallıqlarına bir baxış idi. Cənab Prezident də öz çıxışında göstərdi ki, artıq Azərbaycan son illərdə dünyanın bir hissəsi kimi özünün iqtisadi inkişaf yolundadır. Biz daimi olaraq iqtisadi-sosial inkişafa diqqəti artırırıq. Əlbəttə ki, Azərbaycan dayanıqlı inkiaf yolu ilə gedir. Bu inkişafın təməlində, mərkəzində Azərbaycan insanının rifah halı dayanır. Ölkə rəhbəri bunu dəfələrlə xatırladır. Əlbəttə ki, ölkədə gedən inkişaf bilavasitə Azərbaycan xalqının mənafeyinə istiqamətləndirilib. Biz son dövrlərdə qəbul olunan sosial məsələlərə dair sərəncamlarla bunu daha aydın görürük. İstər insanların pensiyalarının, təqaüdlərinin artırılması, birdəfəlik müavinətlərin verilməsi və s. mühüm tədbirlər var ki, bu bilavasitə insanların həyat şəraitinin yaxşılaşdırılmasın istiqamətlənib.2018-ci ilin 11 aprelində keçirilən prezident seçkiləri zamanı ölkə başçısı öz platformasında bəyan etmişdi ki, ölkədə sosial islahatların davam etdirilməsi sürətləndiriləcək. Prezident seçkilərindən az müddət sonra artıq sistemli şəkildə bu sosial paket həyata keçirildi və dünyada analoqu olmayan sərəncamlar imzalandı. Sözsüz ki, bu sərəncamların imzalanması axırıncı deyil. Cənab Prezident dəfələrlə müşavirələrdə, insanlarla görüşündə qeyd edirdi ki, bu sosial məsələlər daimidir və mən tərəfdən sistemli olaraq bu yerinə yetiriləcək. Əlbəttə ki, biz yeni sərəncamlar gözləyirik və bu sərəncamlar da veriləcək. Bunun üçün bünövrə var".

sia.az

Digər xəbərlər