Siyasət

  • 3 732

"Ermənilər siyasətlərini dəyişirsə...” AÇIQLAMA-ÖZƏL

image

“Ermənistanın xarici işlər naziri başqa nə deyə bilərdi? Durub ölkəsinin baş nazirinin sözlərini təkzib edəsi deyildi ki. Əslində o, Paşinyanın fikirlərini təkrarlamağa da bir az ehtiyat edib, deyib ki, bu siyasət davam edir”. Bu fikirləri SİA-ya açıqlamasında “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.O bildirib ki, Azrbaycan tərəfi öz tədbirlərini görməli, siyasətimizdə korrektələr etməliyik: “Mən əvvəllər də dəfələrlə yazmışam ki, biz ya danışıqlardan imtina edək, ya da başqa vasitələri işə salaq... Çünki “Qarabağ Ermənistandır”sa, danışıqlara ehtiyac qalmır”.E.Şahinoğlu qeyd etdi ki, sentyabr ayında Paşinyanın ABŞ-a səfəri nəzərdə tutulub və orada erməni diasporu ilə görüş keçirib Xankəndidə səsləndirdiyi fikirləri müzakirə edəcək:“Paşinyan ABŞ-dakı erməni lobbisi qarşısında yenə də Xankəndidəki fikirlərini təkrarlasa və “Qarabağ Ermənistandır” desə, demək, ermənilər öz siyasətlərini dəyişirlər. O halda biz də buna uyğun olaraq öz siyasətimizi formalaşdırmalıyıq”.

sia.az

Digər xəbərlər