Siyasət

  • 3 104

YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb

image

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində YAP tərəfindən irəli sürülmüş namizədlərin imzatoplama kampaniyasını uğurla başa çatdırıb.

İşini partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun şəkildə quran, ölkəmizdə artıq 5-ci dəfə keçiriləcək bələdiyyə seçkilərinə böyük ruh yüksəkliyi ilə hazırlaşan YAP Gəncə şəhər təşkilatı bələdiyyə seçkilərində 3 bələdiyyə üzrə 43 nəfər namizədlə təmsil olunur. Onlardan 19 nəfəri Nizami rayon bələdiyyəsi, 19 nəfəri Kəpəz rayon bələdiyyəsi və 5 nəfəri isə Hacıkənd bələdiyyəsi üzrə öz namizədliklərini irəli sürüblər.
Qeyd edək ki, YAP Gəncə şəhər təşkilatında partiya fəallarının iştirakı ilə treninqlər keçirilib, imza vərəqələrinin doldurulma qaydaları barədə müvafiq izahatlar verilib. Bu səbəbdən də partiya tərəfindən namizədliyi irəli sürülən şəxslərin imzatoplama kampaniyası uğurla həyata keçirilib, mavafiq sənədlər toplanaraq Dairə Seçki Komissiyalarına təhvil verilib. Hazırda seçkilərdə irəli sürüləcək namizədlərin təşviqatının keçirilməsi məqsədilə hazırlıq işləri davam etdirilməkdədir.

yap.org.az

Digər xəbərlər