Siyasət

  • 3 329

"Vəzifə təyinatlarında müasir, bilikli, vətənpərvər gənclər önə çəkilib" ÖZƏL-MÜNASİBƏT

image

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərlə bağlı tarixi çıxış etdi və onlara tövsiyəsi oldu ki, dövlətimizin ənənələrinə sadiq olsunlar və tariximizi yaxşı bilsinlər". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov ölkə başçısının Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı tədbirdə çıxışını şərh edərkən deyib."Bəzən Azərbaycana xaricdən təzyiqlər olur ki, ölkənin gələcək prespektivinin qarşısını alsınlar. Bu məqsədlə onlar burada müəyyən qüvvələrin olmasını istəyir. Çünki başqa cür onların Azərbaycana təsir imkanı yoxdur. Azərbaycan gəncliyinin beyninin yuyulması ilə bağlı ocaqlar yaratmağa çalışırlar. Azərbaycan gəncliyi ağıllıdır, Prezidentin onlara diqqət və qayğısını hər zaman görür. Xaricdə təhsil üzrə Dövlət Proqramında, eyni zamanda Gənclər Fondunun QHT-lərə dəstəyində, idman sahəsində gənclər həmişə öndə tutulub. Vəzifə təyinatlarında müasir, bilikli, vətənpərvər gənclər önə çəkilib.Düşünürəm ki, bu məsələlərdə Azərbaycan gəncliyi çalışacaq ki, təxribatlara uymasın. Bütün QHT təşkilatları, YAP Gənclər Birliyi bu məsələ ilə bağlı daha ciddi işlər görməlidir. Görülən işləri insanlara daha yaxından çatdırmalıyıq. Çünki doxsanıncı illərin əvvəllərindəki Azərbaycanla bugünkü Azərbaycanı müqayisə etmək olmaz. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün cənab Prezident olmasaydı, Azərbaycan xarici qüvvələrin əlində ola bilərdi. Belə bir güclü lider olan zaman çalışırlar ki, ona bir təsir metodu tapa bilsinlər. Burada da çalışırlar ki, bu işləri gənclər vasitəsilə görsünlər. Xüsusilə də Azərbaycandakı internet azadlığını nəzərə alıb, bəzən bu cəhdləri etməyə çalışırlar, bəzi insanlar bilərəkdən və ya bilməyərəkdən onlara xidmət edir.Azərbaycan gəncliyi dövlətinin yanındadır, Heydər Əliyev yolundadır. Cənab Prezidentin dediyi kimi, çalışmalıyıq ki, xarici qüvvələrə xidmət edən azsaylı gənclik də bu yolla getməsin. Qeyd etdiyim kimi QHT-lər, digər ictimai təşkilatlar, YAP Gəncləri həmin gənclərlə mütəmadi iş aparmalıdır və onlara izah etməlidir ki, bunlar Azərbaycanı istəyən qüvvələr deyil. Cənab Prezident dünən çox gözəl fikir səsləndirdi "Biz keçmişimizi unutmayaraq, keçmişlə yaşamayaraq, gələcəyimizi düzgün qurmalıyıq". Gənclik də Azərbaycanı gələcəkdə idarə edəcək. İlham Əliyev gəncləri kadr siyasətində önə çəkir. Bu gün Dövlət qulluğuna qəbulda, Asan Xidmətdə gənclər öndədir. Dünən bilməyərəkdən meydanlara gedən gənclik, bu gün artıq könüllülük proqramlarındadır. Bu gün Azərbaycanın gələcəyi Bakı Dövlət Universitetinin timsalında Azərbaycan universitetlərinin məzunlarının əlindədir".

sia.az

Digər xəbərlər