Siyasət

  • 5 390

Milli Məclis 2020-ci ilin dövlət büdcəsini təsdiq etdi

image

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, qanun layihəsi haqqında məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, 2020-ci il icmal büdcənin gəlir və xərcləri təqdim olunmuş layhədəki kimi müvafiq olaraq 27 milyard 552 milyon manat və 29 miylard 488 milyon manat səviyyəsində nəzərdə tutulur.Onun sözlərinə görə, növbəti ildə sosialyönümlü xərclərin məbləği 10 milyard 642 milyon manat təşkil edəcək. Bu da cari illə müqayisədə 2 milyard 874 milyon manat və ya 37 faiz çoxdur.Müzakirələrdən sonra dövlət büdcəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

sia.az

Digər xəbərlər