PDF Oxu

Siyasət

  • 7 625

"“Səs” qəzetinin özünəməxsus dəsti-xətti, mövqeyi var" ÖZƏL-MÜNASİBƏT

image

““Səs” qəzetinin yaranmasının 29-cu ildönümü münasibətilə qəzetin bütün kollektivini təbrik edirəm. Xüsusilə, qəzetin ərsəyə gəlməsində böyük zəhməti olmuş Ağabəy Əsgərovu, qəzetin hazırkı baş redaktoru Bəhruz Quliyevi təbrik edirəm. Hesab edirəm ki, “Səs” qəzeti müstəqil Azərbaycan mətbuatı tarixində ilk qaranquşlardandır”. Bunu SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.Baş redaktorun sözlərinə görə, Ulu öndər Heydər Əliyev də “Səs” qəzetinin fəaliyyətini yüksək qiymətləndirib və onun Azərbaycan mətbuatının inkişafındakı rolunu önə çəkib: “Bu qəzet Azərbaycanın ictimai-siyasi həyatında, müstəqillik tarixində çox böyük əhəmiyyətə malik olub. Həmin siyasi kursu “Səs” bu gün də uğurla davam etdirir. Qəzetin özünəməxsus dəsti-xətti, mövqeyi var. Bu qəzet Azərbaycan cəmiyyətində sayılıb-seçilən və tanınan mətbuat orqanlarındandır.Bu gün “Səs” qəzetinin çox dəyərli və jurnalistikaya sədaqətlə xidmət göstərən, sözə hər zaman hörmətlə yanaşan əməkdaşları var. 29 il çox böyük tarix olmasa da, “Səs” qəzeti artıq özünü təsdiq edib. Qəzetin öz simasını qoruyub saxlaması, öz missiyasını yüksək peşəkarlıqla davam etdirməsi sevindiricidir. “Səs” qəzeti ünvanına deyilən bütün xoş sözlərə layiqdir. Ümid edirəm ki, qəzet hələ uzun illər Azərbaycan dövlətçiliyinə xidmət göstərəcək və öz fəaliyyətini uğurla davam etdirəcək. 11 yanvar tarixini təkcə “Səs” qəzeti deyil, bütövlükdə, Azərbaycan mətbuatı üçün əlamətdar gün hesab edirəm.Mən bir daha “Səs” qəzeti redaksiyasının bütün kollektivini təbrik edirəm və onlara uzun ömür, cansağlığı arzu edirəm. Daim qələminiz iti, sözünüz kəsərli olsun!”.

sia.az

Digər xəbərlər