Siyasət

  • 7 352

Türkiyə Səfirliyindən "Səs Qəzeti"nin 29 yaşına təbrik - MƏKTUBU

image

Media ictimaiyyətinin məlumatlandırılması milli ictimai şüurun, insanların həyat tərzinin, mədəniyyətinin və sənətinin formalaşmasında mühüm rol oynayır. Bunu SİA-ya Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Hüseyin Altınalan “Səs Qəzeti”nin 29 yaşı münasibətilə göndərdiyi təbrik məktubunda bildirib."Media tarixi şüurun formalaşmasına da öz töhfəsini verir. Həmçinin dövlətlərin və cəmiyyətlərin yaxınlaşmasında və ya uzaqlaşmasında da mühüm rol oynayır. Bu xüsusiyyətləri səbəbindən media vacib bir qüvvədir. İnanıram ki, 1991-ci ildən bəri medianın bu gücündən millətin və dövlətin menafeyi uğrunda istifadə edərək ölkəsinin ən çətin dövründə cəsarətli nəşrləri ilə ön plana çıxan “Səs" qəzeti bundan sonra da eyni missiyanı davam etdirəcəkdir. Quruluş ildönümü münasibətilə “Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevi və qəzetin əməkdaşlarını təbrik edir, uzun illər uğurlarının davam etməsini arzulayırıq", deyə təbrik məktibinda bildirilir.

sia.az

Digər xəbərlər