Siyasət

  • 5 310

Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə növbəti görüşü keçirilmişdir

image

Yanvarın 21-də 30 saylı Suraxanı I Seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fətəliyeva Sevinc Həbib qızının Hövsan seçiciləri ilə təbliğat –təşviqat kompaniyası çərçivəsində ilk görüşü keçirildi.Giriş nitqi ilə çıxış edən Təbliğat qrupunun üzvü Məmmədov Rəşid ölkəmizdə son illərdə aparılan islahatlardan bəhs etdi.Daha sonra çıxış edən deputatlığa namizəd Sevinc Fətəliyeva növbəti dəfə ona göstəriləcək etimadı yenidən doğruldacağına və qarşıda duran məsələlərlə bağlı Hövsan sakinlərinin səsinə səs olacağını bildirdi .Görüşdə iştirak edən qəsəbə sakinlərindən Nərman Quliyev , Həmidov Tofiq, qəsəbə ağbircəyi Xanməmmədova Şövkət, Lətifova Zərifə parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildirərək namizədə uğurlar dilədilər.Görüş zamanı Sevinc Fətəliyeva sakinlər tərəfindən səsləndirilmiş müraciətlərə münasibət bildirərək, onları narahat edən problemlərlə bağlı aidiyyəti üzrə qrumlar qarşısında məsələ qaldıracağını qeyd etdi.

yap.org.az

Digər xəbərlər