Siyasət

  • 7 204

Deputatlığa namizəd Nurlan Həsənov seçicilərlə növbəti görüş keçirib

image

Yeni Azərbaycan Partiyasından 99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Nurlan Həsənovun Şəmkir rayonunun Şiştəpə və Sabirkənd kəndlərində seçicilərlə görüşü keçirilib.

Nurlan Həsənov Şiştəpə kəndində Aprel şəhidi polkovnik Vüqar Yusifovun məzarını ziyarət edib və şəhidin ailə üzvləri ilə görüşüb. Səmimi keçən görüşdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açılıb.
N.Həsənov şəhid ailəsinin problemləri ilə maraqlanıb və bildirib ki, şəhid ailələri, bundan sonra da dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunacaq.
Daha sonra deputatlığa namizəd Nurlan Həsənov rayonun Sabirkənd kəndində seçicilərlə görüşünü davam etdirib.

yap.org.az

Digər xəbərlər