Siyasət

  • 6 749

Bərdəlilərin seçimi YAP-ın namizədidir

image

Parlament seçkilərinin təbliğat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Fatma Yıldırım yanvarın 22-də günün ilk yarısında Mirzəxan, Cumalar, Hacıbəyli, Kafarlı, Köbər, Həsənli kənd seçiciləri ilə, günün ikinci yarısında Bərdə şəhər seçiciləri ilə görüşüb.

Deputatlığa namizəd Fatma Yıldırım Yeni Azərbaycan Partiyasının seçki platforması və öz fəaliyyəti barəsində məlumat verib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Fatma Yıldırım ölkəmizdə aparılan islahatlardan danışıb, dövlət orqanlarına etimadın daha da gücləndirilməsi, şəffaflığın artırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin uğurlarından söz açaraq ASAN Xidmət, ABAD, DOST layihələrinin aparılan islahatların tərkib hissəsi olduğunu bildirib.
Onun sözlərinə görə, çox sevindirici haldır ki, Bərdə rayonunda da “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Bu günə kimi “ASAN xidmət”-ə edilən müraciətlərin sayı 35 milyondan çox olub ki, bu müraciətlərin də 8.5 milyonu 2019-cu ildə qeydə alınıb. Fatma Yıldırım seçicilərə DOST mərkəzləri barədə məlumat verərək qeyd edib ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 2 DOST mərkəzi fəaliyyət göstərir və yaxın zamanlarda Bərdə rayonunda da DOST mərkəzi fəaliyyətə başlayacaq mərkəzlərin fəaliyyətinin başlıca məqsədi əhaliyə göstərilən sosial xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşikli, vətəndaşlara daha şəffaf, operativ xidmətin təmin edilməsidir. Hazırkı dövrə qədər 65 min vətəndaş mərkəzlərin xidmətindən istifadə edib.
Fatma Yıldırım millət vəkili seçiləcəyi təqdirdə üzərinə düşəcək vəzifələri layiqincə yerinə yetirəcəyini bildirib və seçiciləri 9 fevral tarixində keçiriləcək parlament seçkilərində fəal olmağa çağırıb.
Görüşlərdə Qənbər Ağayev, Könül Rzayeva, Zümrüd Əliyeva, Bəhruz Məmişov çıxış edərək 9 fevral parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Fatma Vidadi qızı Yıldırıma səs verəcəklərini söyləyiblər.
Sonda Fatma Yıldırım seçiciləri maraqlandıran sualları cavablandırıb.

yap.org.az

Digər xəbərlər