Siyasət

  • 6 072

YAP-ın namizədi Elşad Mirbəşiroğlunun təşviqat kampaniyası uğurla davam edir

image

Dünən 9 fevral tarixində keçiriləcək Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizıdi Elşad Mirbəşiroğlunun təşviqat-təbliğat kampaniyası uğurla davam edir. Kampaniya çərçivəsində YAP-ın namizədi qanunvericiliklə nəzərdə tutulmuş kütləvi görüşlərlə yanaşı, məhəlli görüşlərdə də iştirak edir. E.Mİrbəşiroğlunun növbəti görüşləri ilə Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi vahidliyində olan ümumilikdə 4000 nəfərə yaxın əhalinin yaşadığı Qabaqtəpə, Rəsullu, Gəlinqaya, Təzəkənd, Pirverdilər, Tapan, Güneykənd, Dəvrallı, Astaf kəndlərində keçirilib. Görüşlərdə YAP-ın parlament seçkilərinə hazırlığı, partiya tərəfindən irəli sürülən namizədlər, o cümlədən, Elşad Mirbəşiroğlunun fəaliyyəti haqqında geniş məlumat verilib. Görüşdə çıxış edən E.Mirbəşiroğlu ölkəmizdə həyata keçirlən dövlət siyasətinin uğurları barədə danışıb, həmçinin, millət vəkili seçiləcəyi təqdirdə öz fəaliyyəti ilə partiyamızın və seçicilərin etimadını doğruldacağını bildirib.
Daha sonra YAP-ın namizədi Elşad Mirbəşiroğlu Qarabağ müharibəsi əlili və şəhid ailələrinin üzvləri ilə də görüşüb. Görüşdə Müharibə əlilləri və şəhid ailələrinin üzvləri Azərbaycan dövlətinin diqqət və qayğısınıdan razılıqlarını bildirib, seçkilərdə YAP-ın namizədinə səs verəcəklərini bəyan ediblər.

yap.org.az

Digər xəbərlər