Siyasət

  • 10 595

YAP-ın deputatlığa namizədi Kamilə Əliyeva Balakən rayonunun Katex kəndində seçicilərlə görüşüb

image

111 saylı Zaqatala-Balakən seçki dairəsindən YAP-ın deputatlığa namizədi Kamilə Əliyeva Balakən rayonunun Katex kəndində seçicilərlə görüşüb.

Yeni Azərbaycan Partiyasının 111 sayı DSK üzrə səlahiyyətli nümayəndəsi Habil Qurbanov görüşü açaraq, 9 fevral parlament seçkiləri ilə əlaqədar olaraq görülmüş işlərdən, partiya tərəfindən dəstəklənmiş namizədlərin seçki proqraminin kifayət qədər əhatəli olmaqından, eyni zamanda seçicilərin irəli sürdüyü məsələlərə deputatlığa namizəd Kamilə Əliyevanın isti münasibətini və görülmüş işlərin nəticələri barədə məlumat verdi.
Kamilə Əliyeva parlamentdə fəaliyyət göstərdiyi müddətdə qanunların qəbul olunmasında iştirakından, ayrı- ayrı plenar iclaslarda irəli sürdüyü təkliflərdən seçicilərə məlumat verdi.
Seçicilər adından görüşdə çıxış edən seçici Nazlı Əbəçiyeva, İsrafil Hudulov Kamilə Əliyevaya 9 fevralda keçiriləcək seçkidə uğurlar arzuladılar və onun indiyə qədər kənd seçiciləri üçün gördüyü işləri yükək qiymətləndirdilər.
Görüşdən sonra deputatlığa namizəd şəhid İlqar Hudulovun ailəsi ilə görüşə getdi. Şəhidin ailəsi Kamilə Əliyevanın deputatlıq fəaliyyətinə, gördüyü işlərinə görə öz razılıqlarını bildirdilər.

yap.org.az

Digər xəbərlər