Siyasət

  • 4 985

Çexiyanın nümayəndə heyəti seçkilərdən çox məmnun qalıb

image

Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən Çexiyanın nümayəndə heyəti jurnalistlərə açıqlama verib. SİA xəbər verir ki, Çexiyanın nümayəndə heyəti parlament seçkiləri barədə müsbət fikir və rəy bildirib.Çexiyanın nümayəndə heyətindən olan Yaroslav Holik qeyd edib ki, onlar dostluq qrupunun üzvləridir. O, bildirib ki, dünən 16 məntəqədə olublar. Nəzərə çatdırıb ki, həmin məntəqələrdə şəkillər çəkiblər, seçicilərlə söhbət ediblər. Qeyd olunub ki, hər kəslə danımaq mümkün deyildi, çünki seçicilərin sayı çox idi.Xüsusilə vurğulanıb ki, Çexiyanın nümayəndə heyəti Azərbaycanda keçirilən seçkilərdən çox məmnun qalıb. Görmə qabliyyəti məhdud insanlar üçün breyl əlifbasında bülleten hazırlandığının şahidi olduğunu deyən Yaroslav Holik bunu qayğı kimi qiymətləndirdiyini diqqətə çatdırıb. Barmaqlara rəngsiz mürəkkəb çəkilməsinə toxunan onun həmkarı Kveta Matuşovska isə heç kim 2-ci dəfə səs verə bilmədiyini vurğulayıb və bunu çox bəyəndiyini dilə gətirib. Çexiyanın nümayəndə heyəti sonda bur daha vurğulayıb ki, Azərbaycanda keçirilən parlament seçkilərində heç bir qanun pozuntusu nüşahidə edilmədi.

sia.az

Digər xəbərlər