Siyasət

  • 6 014

"Azərbaycan bu imtahanın öhdəsindən layiqincə gəldi" - Litvalı müşahidəçi

image

Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən Litvanın nümayəndə heyəti jurnalistlərə açıqlama verib. SİA xəbər verir ki, Litva nümayəndələri Azərbaycanda keçirilən parlament seçkilərinin uğurlu keçdiyi qənaətində olduqlarını qeyd ediblər.Litva-Azərbaycan dostluq qrupunun rəhbəri, Litvanın Azərbaycanda seçkilərə nəzarət edən heyətin nümayəndəsi Valerius Simulik xalqımızı təbrik etmək istədiyini bildirib: "Hər seçki ölkə üçün bir imtahandır və bu imtahanın öhdəsindən Azərbaycan layiqincə gəldi, imtahan uğurla başa çatdı".O, həmçinin Azərbaycanın paytaxtında gördüklərinə əsasən əmin olduğunu bildirib ki, bu ölkədə baş verən inqilabi dəyişikliklər uğurlu gələcəkdən xəbər verir.V.Simulik diqqətə çatdırıb ki, onların diqqətini cəlb edən çoxlu sayda namizədin olması, eləcə də namizədlərin 21%-nin qadın namizədlər olması, onların da 40%-nin millət vəkili seçilməsi olub.Nümayəndə heyəti onu da qeyd edib ki, seçkilər zamanı onlar 3 dairənin 15 məntəqəsində olublar və təkcə partiya üzvlərinin deyil, həm də müstəqil yerli müşahidəçilərin də seçkini izlədiyinin şahidi olublar. Bunu demokratiyanın, şəffaflığın mövcudluğu kimi qiymətləndirirlər.Həmçinin qeyd olunub ki, Mərkəzi Seçki Komissiyasının üzvləri də öz işlərini çox yaxşı bilirdilər: "Sonda onu bir daha vurğulamaq istərdik ki, Azərbaycanda seçkilər çox ədalətli, düzgün keçdi. İnsanların seçimi əsasdır, xalqın iradəsi yekun nəticənin əldə olunmasını şərtləndirdi".

sia.az

Digər xəbərlər