Siyasət

  • 6 340

Ukraynalı deputat: "Parlament seçkiləri yaxşı təşkil olunmuşdu"

image

"Seçkilər yüksək səviyyədə təşkil olunmuşdu. Nöqsanlar görmədik, yalnız bir problem var ki, o da havanın soyuq, şaxtalı keçməsi idi. Buna baxmayaraq, insanlar öz talelərinə biganə qalmayaraq, seçki məntəqələrinə gələrək əvvəlcədən müəyyənləşdirdikləri namizədə səs verdilər". Bunu 9 fevral 2020-ci ildə Azərbaycanda keçirilən Milli Məclisə seçkiləri müşahidə edən Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupunun həmsədri Vladimir Konyux deyib.Onun sözlərinə görə, 5 dairə üzrə seçki məntəqələrində olublar. Yalnız yüksək seçki fəallığı səsvermənin gedişinin müşahidəçilər tərəfindən normal şəkildə izlənilmələrinə şəraitin yaradılmasını görüblər: "Seçkilər çox uğurlu və Azərbaycan xalqının mənafeinə uyğun keçirildi. Parlamentdə Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupuna yeni tərkib formalaşacaq. Biz səbirsizliklə həmin tərkibin formalaşmasını gözləyirik. Azərbaycan-Ukrayna dost ölkələrdir. Bir-birinə beynəlxalq arenada prinsipial məsələlərdə dəstək verirlər".

sia.az

Digər xəbərlər