Siyasət

  • 6 018

"Beynəlxalq müşahidəçilər də ölkəmizin inkişafını təqdir etdilər" ÖZƏL-MÜNASİBƏT

image

"Azərbaycanda keçirilmiş 9 fevral növbədənkənar parlament seçkiləri əvvəlki seçkilərdən həm seçicilərin, həm də seçkilərdə öz namizədliklərini irəli sürən insanların çox böyük fəallığı ilə seçilən bir seçkilər oldu. Bu ondan xəbər verir ki, bizim doğma Azərbaycanımız təkcə iqtisadi, sosial sahədə deyil, eyni zamanda siyasi, demokratiya sahəsində də çox böyük yol keçib". Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib.Partiya sədrinin sözlərinə görə, artıq insanlar dərk edirlər ki, Azərbaycanda hakimiyyətin mənbəyi yalnız xalqdır: "Ona görə də mən bu fəallığı insanların öz dövlətinə, taleyinə sahib çıxması kimi dəyərləndirirəm. İnsanlar artıq başa düşürlər ki, dövlətin, hakimiyyətin formalaşdırılmasında onların hər birinin məsuliyyəti var. Bu mənada öz vəzifə borclarını yerinə yetirən seçicilər seçkilərdə fəal iştirak edirdilər. Azərbaycanda seçkiləri müşahidə edən beynəlxalq müşahidəçilərin hamısı bunu təsdiq edirdi. Bu o deməkdir ki, onlar hakimiyyətin əsas üç qolundan biri olan qanunvericilik hakimiyyətində bunları kimin təmsil etməsinin fərqdindədirlər. Bu seçkilərdə namizədlər də çox fəal şəkildə kampaniya aparırdılar. Sevinirəm ki, bunların arasında siyasətə yeni addım atan, özünü siyasi aləmdə yenicə təsdiq edən insanlar var. Bu baxımdan hesab edirəm ki, seçki kampaniyası çox uğurlu təşkil olunmuşdu. İnsanlar namizədlərinin kim olduğunu və kimə mandat verəcəklərinin fərqində idilər. Seçkilər birinci növbədə özünün aktivliyi ilə seçildi. Bu gün Azərbaycanda cənab Prezident İlham Əliyev geniş reforma başlayıb və ölkə həyatının bütün sahələrində islahatlar aparılır. Beynəlxalq müşahidəçilər də ölkəmizin inkişafını təqdir etdilər və seçkilərin yüksək səviyyədə təşkil olunduğunu dilə gətirdilər".

sia.az

Digər xəbərlər