Siyasət

  • 5 589

"Könüllülər hərəkatı çox geniş vüsət alıb" ÖZƏL-MÜNASİBƏT

image

"Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmir rayonuna növbəti səfərini etdi. Ölkə başçısı səfəri çərçivəsində bir çox sosial infrastruktur obyektlərin açılışında iştirak etmişdir. Eyni zamanda cənab Prezident Kürdəmir rayonunda “ASAN xidmət” mərkəzinin açılış mərasimində də iştirak etdi. Cənab İlham Əliyev orada “ASAN xidmət”in əməkdaşları və könüllülərlə görüşdü". Bunu SİA-ya millət vəkili Cavid Osmanov deyib."Ölkə başçısı orada bir daha vurğuladı ki, Azərbaycan gəncliyinə böyük yer və önəm verir. İlk dəfə könüllülər Azərbaycanda keçirilən “Avroviziya” mahnı müsahibəsi zamanı yaxından iştirak etdilər. Təbii ki, bundan sonra digər beynəlxalq tədbirlərin hər birində könüllülərin böyük dəstəyi oldu. Bu ilk növbədə cənab Prezidentimizin rəhbərliyi ilə ölkədə gənclər siyasətinin uğurla həyata keçirilməsindən xəbər verir. Bildiyiniz kimi Azərbaycan Prezidentinin sərəncamı ilə 2020-ci il "Könüllülər ili" elan olunub. Kürdəmir rayonunda “ASAN xidmət” mərkəzinin açılış mərasimində çıxış edən könüllülərin də dediyindən aydın oldu ki, onlar ilk fəaliyyətini məhz könüllülükdən başlayıblar və könüllü olaraq cənab Prezidentimizin siyasətinin həyata keçirilməsinə dəstəkçi olublar. Ölkə başçısı da vurğuladı ki, könüllülər hərəkatı Azərbaycanda ilbəil daha da təkmilləşir və çox sahələri əhatə edir. Biz görürük ki, bütün mərkəzi icra orqanlarında, yerli icra orqanlarında və digər təşkilatlarda, qurumlarda tədbirlərin keçirilməsində könüllülər hərəkatı çox geniş vüsət alıb"-deyə, deputat fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər