Siyasət

  • 17 183

"Azərbaycan dünyada həmişə ilklərə imzalar atır" ÖZƏL - AÇIQLAMA

image

"Beynəlxalq təşkilatlarda iştirak etməkdə əsas məqsədimiz bu təşkilatı gücləndirmək və öz milli maraqlarımızı təmin etməkdir. Dünyanın aparıcı ölkələri də Azərbaycanın beynəlxalq təşkilatların lokomotivinə çevrildiyini etiraf edirlər". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü deputat Azər Badamov deyib.Millət vəkili bildirib ki, son bir neçə ilin mənzərəsinə diqqət yetirsək görərik ki, ölkəmiz bir çox Humanitar Forumların, Mədəniyyətlər arası Dialoq Forumlarının, Qoşulmama Hərəkatınına üzvü ölkələrin Zirvə toplantısı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısı, OPEK+ Formatının Zirvə görüşü və digər beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir:"Təbii ki, ölkəmizdə keçirilən hər bir tədbirdə Azərbaycan fərqli baxışlar və aralarında ziddiyyətlər yaşanan ölkələri bir araya gətirməklə dialoqun yaranmasına, mehriban və sakit bir dünyanın formalaşmasına öz töhfəsini verir. Azərbaycan humanitar əməkdaşlıq üçün məkana çevrilmişdir. Səhiyyə təşkilatı ilə əməkdaşlıq etməklə bu təşkilata ianələr edilir. Ehtiyacı olan 10-dan çox ölkəyə yardım göndərilmişdir. Azərbaycanın hər bir addımı bu təşkilatların güclənməsinə bir töhfədir. Bununla yanaşı Azərbaycan hər bir təşkilatda öz milli maraqlarını təmin edir. Hər bir beynəlxalq təşkilat ölkəmizin qarşılaşdığı uzun illər torpaqlarımızın işğal altında qalması məsələsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır".Onun sözlərinə görə, məhz bunun göstəricisidir ki, Ermənistan təcrid vəziyyətdədir və Dağlıq Qarabağda keçirilən qondarma prezident seçkilərinə beynəlxalq təşkilatlar öz etiraz bəyanatlarını bildirdilər: "Azərbaycanın beynəlxalq təşkilatlarda iştirakı dostlarımızı və nüfuzumuzu artırır. Pandemiya dövründə Qoşulmama hərəkatının təmas qrupunun videokonfransına dünyanın qoşulması da dünyada Azərbaycana qoyulan hörmətin ifadəsi kimi qeyd edirəm. Azərbaycan dünyada həmişə ilklərə imzalar atır. Pandemiya dövründə keçirilən video konfranslar da Azərbaycanın növbəti ilkləri hesab edirəm. Bu videokonfransa qeyri-adi formatda keçirilsə də dünyanı pandemiyaya qarşı mübarizəyə dəvət olunan ən yaxşı tədbir olmuşdur".

sia.az

Digər xəbərlər