Siyasət

  • 10 536

"Uzun illər ABŞ-ın başqa ölkələrdə səpdiyi toxumlar indi özündə cücərir"

image

“Uzun illər ABŞ-ın digər ölkələrdə səpdiyi toxumlar indi özündə cücərir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.Vaxtilə xaricdə oturub Azərbaycan əleyhinə iş aparanlarla bağlı cinayət işi açıldığını deyən deputat söyləyib ki, Azərbaycanda silahlı üsyana çağırış edənlər, terrozimə dəstək verənlər, dövlət və hökumət nümayəndələrinə qarşı sui-qəsd təşkil edməsini tərifləyənlər, ona rəvac verənlər, o cür insanları qəhrəman hesab edənlər terrorizmin dini ekstremizmin birbaşa çağırışı ilə bağlı idi: “Bu, bütün beynəlxalq normalarında cinayət hesab olunur. Çox təəssüf ki, Azərbaycan bu məsələləri gündəmə gətirəndə, başladılar ki, Azərbaycanda söz, mətbuat azadlığı yoxdur, insanların hüquqları pozulur. 20 ildən çoxdur ki, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev hər zaman ərazi btüövlüyünün önəmi ilə bağlı məsələ qaldırıblar. Lakin İspaniyada hadisələr baş verənə qədər heç kim ərazi bütövlüyü məsələsinə reaksiya vermirdi. Ondan sonra yadda düşdü ki, ərazi bütövlüyü əsas şərtdir”.S.Novruzov qeyd edib ki, 3 il bundan qabaq internetdən anonim şəkildə istifadənin öz həllini tapması ilə bağlı məsələ gündəmə gətiriləndə, o zaman internetin sıxışdırılması ilə bağlı fikirlər irəli sürülməyə başlandı: “Freedoom House, SOROS və digərləri hanı? Trampa qarşı niyə söz deyə bilmirlər. ABŞ çörəyi yeyən Cəmil Həsənli, Arif Yunus, Sevinc Osmanqızı haradadır? Əgər Azərbaycanda internetlə bağlı hər hansı məsələ olsa idi, indi səsləri Avropa Şurasından gəlirdi”.

sia.az

Digər xəbərlər