Siyasət

  • 11 801

Azərbaycan islahatları inkişaf etdirən 20 ölkə sırasında yer alıb ÖZƏL - AÇIQLAMA

image

"Dünya Bankı ilə etibarlı tərəfdaşlıq Azərbaycanın inkişafına töhfələr verir. Azərbaycan Dünya Bankı ilə 25 ildən artıqdır ki, əməkdaşlıq çərçivəsində geniş və uzunmüddətli davamlı inkişaf layihələrinin həyata keçirilməsində tərəfdaşlıq edir. Ötən illər ərzində müxtəlif iqtisadi proqramların həyata keçirilməsi, struktur islahatlarının dərinləşdirilməsi, sosial-iqtisadi infrastrukturun bərpası və inkişafı, yoxsulluğun azaldılması və digər sahələrdə Azərbaycanın Dünya Bankı ilə səmərəli və uğurlu layihələri icra olunub". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Aydın Hüseynov deyib.Onun sözlərinə görə, iyunun 17-də Prezident İlham Əliyevlə Dünya Bankının rəhbərliyi arasında keçirilən videokonfransda səsləndirilən fikirlər bu əlaqələrin daha da inkişaf etməsini təsdiq edir: "Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi uğurla icra olunub və Dünya Bankı tərəfindən mükafata layiq görülüb. Bank tərəfindən rəqabətliliyin artırılmasına, ölkəmizdə yaradılan sənaye parklarına və məhəllələrinə texniki dəstək göstərilib. Regiounun ən iri tranzit marşrutlarından olan TANAP-a bank dəstək göstərib. Azərbaycanın apardığı siyasət, ardıcıl və məqsədyönlü xarakter daşıyan islahatlar beynəlxalq ictimaiyyətin, eləcə də beynəlxalq təşkilatların diqqətindən yayınmır. Ölkəmizdə xüsusilə sosial-iqtisadi sahədə icra edilən islahatlar paketi öz mütərəqqi nəticələrini verir və bu nəticələr beynəlxalq qurumların reytinqlərində də öz əksini tapır. Bu baxımdan Dünya Bankını xüsusi vurğulamaq lazımdır".Millət vəkili qeyd edib ki, Bank Azərbaycanda aparılan iqtisadi islahatları dərindən izləyərək öz qiymətini verir və Dünya Bankı tərəfindən hər il dünya ölkələrinin iqtisadi vəziyyəti, həayata keçirilən islahatlar qiymətləndirilir: "Dünya Bankının hazırladığı "Doing Business" reytinqində Azərbaycan ilə bağlı hər il irəliləyişlər öz əksini tapır. Sonuncu, "Doing Business 2020" hesabatında Azərbaycan islahatları inkişaf etdirən 20 ölkə sırasında yer alıb. Bu, Dünya Bankının Azərbaycana verdiyi böyük dəyərdir. Dünya Bankı Azərbaycanda sosial proqramların icrasında da yaxından iştirak edir, ölkəmizdə məşğulluq startegiyasına töhfə verir".Aydın Hüseynov əlavə edib ki, Dünya Bankı hazırda uğurla icra edilən özünüməşğulluq proqramında da donordur və Azərbaycanın yaxın tərəfdaşıdır: "Bankın özünüməşğulluq layihəsində ölkəmizə 100 milyon dollar yardım göstərəcək, bu proqramın icrası isə 15 minə yaxın adamın məşğulluğunun təmin edilməsinə səbəb olacaq. Videokonfrans əməkdaşlığın yeni perspektivləri və istiqamətlərini müəyyən etmək baxımından mühüm əhəmiyyət kəsb edi. Bu görüş Dünya Bankı ilə ölkəmiz arasında yaxın gələcəkdə iqtisadiyyatın sağlamlaşdırılması, uzunmüddətli dayanıqlı artımı təmin edilməsi və yeni çağırışlara uyğun proqramların gerçəkləşməsində mühüm rol oyanayacaq".

sia.az

Digər xəbərlər