PDF Oxu

Siyasət

  • 9 406

“Avropa İttifaqı Azərbaycanı etibarlı və ciddi tərəfdaş kimi qəbul edir” ÖZƏL-MÜNASİBƏT

image

“Azərbaycan Respublikası bu gün nəinki Avropaya, bütün dünyaya açıq olan və iqtisadi inkişafına, sosial sahədə həyata keçirilən mühüm tədbirlərə, beynəlxalq aləmdə qazandığı nüfuza görə tanınan bir dövlətdir. Ölkə rəhbəri Cənab İlham Əliyevin ən mötəbər beynəlxalq tədbirlərə dəvət alması, çıxış etməsi, dünyada baş verən hadisələrə obyektiv münasibətini bildirməsi və Azərbaycan həqiqətlərinin artıq qəbul edilməsi, dəstəklənməsi bunu bir daha sübut edir.” Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.Komitə sədri diqqətə çatdırıb ki, dünya ölkələri ilə əməkdaşlığı möhkəmləndirmədən, sağlam münasibətlər yaratmadan, ölkə iqtisadiyyatının inkişaf etdirilməsinin, söz sahibi olmağın mümkünsüzlüyünü düzgün qiymətləndirən Cənab İlham Əliyev beynəlxalq görüşlərə, konfranslara, sammitlərə böyük önəm verir və bu da Azərbaycan Prezidentinin uzaqgörənliyinin, demokratik prinsplərə sadiqliyinin bir nümunəsidir.“Hamımıza yaxşı məlumdur ki, Azərbaycan ittifaqın 9 ölkəsi ilə strateji tərəfdaşlıq əlaqələri saxlayır və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmiz mühüm rola malikdir. Məhz buna görə də Avropa İttifaqı tərəfindən Azərbaycan etibarlı və ciddi bir tərəfdaş kimi qəbul edilir. İttifaqla münasibətlərin yaxşılaşdırılması ölkəmiz, həm də Avropa dövlətləri üçün çox faydalıdır. Bu münasibətlər demokratik təsisatların möhkəmləndirilməsinə, iqtisadi, mədəni, ticarət əlaqələrinin genişləndirilməsinə, dövlətimizin dəstəklənməsinə, haqq səsimizin eşidilməsinə xidmət edir.Bu günlərdə Avropa Parlamentinin qəbul etdiyi qətnamə və həmin sənəddə ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, bizim üçün çox vacib olan bir sıra müddəaların əks olunması məhz bu əlaqələrin yaxşılaşdırılmasının nəticəsidir. Bütün bunlar Azərbaycan Prezidentinin düşünülmüş siyasi gedişlərini, diplomatiyamızın uğurlarını özündə əks etdirir. Bu uğurlar Şərq Tərəfdaşlığı Ölkələrinin Sammitində Cənab İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanı bir daha siyasi mat vəziyyətinə salmasında özünü aydın göstərdi və təcavüzkar ölkə rəhbərinin acizliyini, qətiyyətsizliyini, savadsızlığını üzə çıxardı. Erməni baş nazirinin əsaslı faktlara söykənməyən mülahizələrinin darmadağın edilməsinin nümayişi oldu.Avropa İttifaqı ilə sağlam münasibətlərə arxalanan əməkdaşlıq hər bir Azərbaycan vətəndaşının ürəyincədir və dünyaya açılmağımız sözsüz ki, bizim tarixi qələbələrimizi, torpaqlarımızın işğaldan azad olunmasını yaxınlaşdırır”, deyə Tahir Rzayeb bildirib.

sia.az

Digər xəbərlər