"Qaydalara riayət etməyən insalara yenə də rast gəlirik" ÖZƏL - AÇIQLAMA

"Müşahidələrim nəticəsində həm maskasız gəzən insanlarımıza rast gəlir, həm də düzdü, fəaliyyətinə icazə verilmiş şəxslər fərdi avtomobillərindən istifadə edə bilər, lakin, yenə də gözlə görünən avtomobil sayı çoxdur. Burada ictimai qınaq da olmalıdır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü olan deputatı Kamilə Əliyeva deyib.O bildirib ki, dünyada tüğyan edən bu pandemiyaya son həftə etibarilə Azərbaycanda yoluxaların sayında artım müşahidə olunur və hər gün demək olar ki, yoluxmaların sayı 500-ə yaxınlaşır: "Hazırda sağalanlar yoluxanlara nisbətən azlıq təşkil edir. Hər gün həyatıı itirə insalarımızın xəbərini alırıq. Bütün bunlar acınacaqlı məzərə yaradır. Bunlar narahatçılıq və həyacan doğuran faktlardır. Əgər insanlarımızın dövlət tərəfindən görülən işlərə, atılan addımlara, fədakarcasına işləyən səhiyyə işçilərimizin əməyinə hörmətimiz varsa biz daha da məsuliyyətli olmalıyıq. Qoyulan tələblərə, karatin şərtlərinə, tibb işçilərimizin çağırışlarına, Operativ Qərargah tərəfindən verilən qərarlara, onların məsləhətlərinə sonuna qədər bir nəfər kimi əməl etməliyik. Tibbi maskalardan istifadə etməli, sanitar-gigiyenik qaydalara riayət etməli, sağlamlığımızın keşiyində dayanan həkimlərimizin, tibb işçilərimizin çiynindəki yükü də azaltmalıyıq".Millət vəkilinin sözlərinə görə, artıq sərt karatin rejiminə daxil olmuşuq, lakin mən deyərdim ki, hələ də insanlar arasında qaydalara riayət etməyənlər var: "Müşahidələrim nəticəsində həm maskasız gəzən insanlarımıza rast gəlir, həm də düzdü, fəaliyyətinə icazə verilmiş şəxslər fərdi avtomobillərindən istifadə edə bilər, lakin, yenə də gözlə görünən avtomobil sayı çoxdur. Burada ictimai qınaq da olmalıdır. İnsanlar biri-birilərinə bunu çatdırmalıdır. Əgər biz icazə alaraq hər hansı bir marketə və ya digər qapalı məkana daxil olub kiminsə maskasız gəzdiyini görürüksə, sosial məsafəsini saxlamayan insanları görürüksə bunu deməliyik. Xahiş etməliyik ki, siz də maska taxın, soruşmalıyıq, axı, niyə maskadan istifadə etmirsiniz? Niyə sosial məsafəni saxlamırsınız? Gəlin burada sosial məsafəni saxlayaq, qaydalara riayət edək və s. bu kimi davranış forması ilə insanlara çağırış edə bilərik. Bu gün hər bir təbliğatı vasitələrdən istifadə edilib. Hər bir yola əl atılıb. Həm dövlət tərəfindən, həm kütləvi informasiya vasitəsilə təbliğatı işlər aparılıb. Yenə də qaydalara riayət etməyən insalara rast gəlirik. Bir daha vurğulamaq istəyirəm ki, biz yalnız birlikdə bütün qaydalara riayət etməklə bu bəladan qurtula bilərik".

sia.az