Siyasət

  • 12 370

"Ermənistan hərbiçiləri paradda sovet Ermənistanının bayrağı ilə keçib" ÖZƏL-MÖVQE

image

Ötən gün Moskvada Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə hərbi parad keçirilib. Sosial şəbəkələrdə yayılan məlumata görə, guya qondarma Dağlıq Qarabağ separatçı rejimin bayrağı olan medal parad zamanı erməni hərbi dəstəsinə rəhbərlik edən polkovnik Aşot Akopyanın sinəsində olub.Məsələ ilə bağlı SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bunları deyib: "İlk öncə qeyd edib ki, hərbi paradda Azərbaycan hərbiçiləri Azərbaycan milli bayrağı, ölkəmizin milli istehsalı olan silahla keçiblər. Amma Ermənistan hərbiçiləri paradda sovet Ermənistanının bayrağı ilə keçib. Azərbaycan həm beynəxalq standartlara uyğun, həm say tərkibinə görə, həm də müstəqil dövlətin təmsilçisi kimi oradan keçib. Hərbiçilərimizin çiyinlərində və qollarında da Azərbaycan bayrağı olub. Lakin Ermənistan hərbiçiləri paradda sovet Ermənistanının bayrağı ilə keçib və bu da işğalçı ölkənin bir daha morionet dövlət olduğunun göstəricisidir".Qeyd edək ki, Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da paradı izləyənlər arasında olub. Paradda Azərbaycan ordusunun 75 hərbçisindən ibarət dəstə tribunaların önündən keçib.

sia.az

Digər xəbərlər