Vətəni, milləti satan radikallar hansı üzlə ədalətdən dəm vururlar?

Çünki tarix dəyişmir…

Deyirlər-satqının nə ağı olur, nə qarası… Ömər Xəyyama görə, ''İnsanın ruhu və əxlaqı nə qədər alçaq olarsa, burnunu bir o qədər dik tutar''. Səbəb aydındır. Satqın zehniyyəti nədən qaynaqlanır? Əlbəttə, maliyyə-pul arqumenti? Satqın yalnız məntiqləmi düşünür? - suallarına mütləq olmasa da, elmi cavablar var. Alınan nəticələr göstərir ki, sən demə, işin kökü yalnız acgözlük və pul deyil. Kimsə doğrudan da varlanmaq üçün xəyanətinə əvəz olaraq pula satılır. Məhz buna görə - xəyanətin qiyməti "yüksəkdir". Satqın üçün hər şey - satlıq maldır.Bu gün heç kəsə sirr deyil ki, Azərbaycanın bir sıra radikal müxalifət partiyaları xalqımızın maraqlarını qorumaq yerinə bəzi maraqlı Qərb dairələrinin çirkin, ölkəmizin mənafeyinə zidd olan oyunlarında yer almağı daha üstün tuturlar. Xüsusilə də, satqınlar yuvası olan "Milli Şura", AXCP-Müsavat partiyaları öz "mübarizəsini" yalnız qara piar kampaniyalarının əsasında qurur, istər müxalif mətbuatında, istərsə də sosial şəbəkələrdə yalan rəqəmlərlə çıxış etməklə dividend qazanmağa çalışaraq çəkinmədən xalqın adından danışır, özünü şişirtməyə çalışır. Təəssüf ki, belələri siyasi mübarizə anlayışını yalnız qeyri-sivil metodların arasında axtarır, əksər hallarda ölkənin qanunlarını pozmağı siyasi mübarizə ilə sinonimləşdirir. Hətta bir çox məqamlarda öz keçmişini, indisini, atdığı addımları, etdiyi səhvləri belə unudur, ölkənin, millətin düşmənləri ilə isti münasibətlər quraraq "dostluq sazişləri" bağlayır, ölkənin inkişafının təminatı olan, demokratik cəmiyyətin qurulması uğrunda illər uzunu planlı iş aparan, hüquqi dövlət quruculuğu sahəsində əsaslı islahatlar həyata keçirən Azərbaycan hakimiyyətinə qara yaxmaqdan əl çəkmirlər.Öz təbliğatını gördüyü və ya görəcəyi işlərlə deyil, hakimiyyətin üstünə böhtan atmaq "planı" üzərində quran isa qəmbərlər, əli kərimlilər, cəmil həsənlilər, arif hacılar və onların ətrafı bir anlıq geriyə çevrilib öz ətraflarına diqqət salsalar, nəyin şahidi olacaqlarını yaxşı bilərlər. Amma onlar geriyə çevrilməkdən qorxurlar. Çünki geridə 1992-93-cü illərdə xalqa etdikləri zülm, yaratdıqları vətəndaş müharibəsi, xalqın əmlakını talan etmə faktları və digər günahları onların gözünə görünə bilər. 1992-1993-cü illərdə Azərbaycan prezidenti olmuş Əbülfəz Elçibəy: "RÜŞVƏT ALANDA MİLYONLARLA DOLLAR ALIRSINIZ. ALIRSAN, HEÇ OLMASA YÜZ MİNLƏRLƏ AL, BEŞ MANAT AL, İNSAFLA AL. Deyirlər, 200 min dollar verməlisən, yoxsa səni gömrükdən buraxmayacam, çünki sən 400 min dollar qazanacaqsan. Gəl qazancı yarı bölək...".Və bu gün sosial şəbəkələrdə Vətənini, torpağını satılıb-satan AXCP sədri Əli Kərimli, "Milli Şura" deyilən satqınlar yuvasına sədrlik edən, saçına, "başına" hörmət etməyən Cəmil Həsənli həyasızcasına AXC-Müsavatla bağlı dövlət başçısının dediyi real faktları özlərinə sərf edən formada "təhlil" edərək bu günkü uğurlara kölgə salmağa çalışırlar.
"Qanunsuz yollarla hakimiyyətə gəlmiş həmin xəyanətkar Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti Kəlbəcəri Ermənistana təhvil verdi"
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında çıxışı zamanı bir çox məqamlara toxunarkən bu gün radikal müxalifətin bu 27 il ərzində xəyanətkar, cinayətkar əməllərini bu gün də davam etdirdiklərini bildirib: "Əlbəttə, bu münaqişə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin acı mirasıdır. Çünki məhz onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşüb. Bunu hər kəs bilməlidir. Şuşanın işğalı böyük faciə idi. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycan Xalq Cəbhəsi istənilən yollarla hakimiyyətə gəlmək istəyirdi. O, əvvəlki hakimiyyəti yıxmaq üçün ən çirkin, ən xəyanətkar əməllərə əl atdı, Şuşanı ermənilərə təhvil verdi. Hərbçilər yaxşı bilirlər, Şuşa alınmaz qaladır. Onu almaq mümkün deyil. Onu təhvil verdilər, satdılar ki, hakimiyyəti yıxsınlar, hakimiyyətə gəlsinlər. Əfsuslar olsun ki, belə də oldu. 1992-ci ilin mayında Şuşa və Laçın işğal edildi, Xalq Cəbhəsinin dəstələri qanunsuz yollarla hakimiyyətə gəldi. Ondan sonra nə etdilər? Ondan sonra ölkəmizi dağıtmağa başladılar".Dövlət başçısı onu deyib ki, qanunsuz yollarla hakimiyyətə gəlmiş həmin xəyanətkar Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti Kəlbəcəri Ermənistana təhvil verdi və ondan sonra Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı: "Torpaqları müdafiə etmək əvəzinə qardaş qanını axıtdılar, vətəndaş müharibəsini başladılar, Gəncəni bombaladılar. Azərbaycan əsgərlərini əsir götürmüşdülər. Orada torpaqlar əldən gedir, burada bir-birini qırırlar ki, hakimiyyətə gəlsinlər. Məhz bunun nəticəsində torpaqlarımız işğal altına düşdü".
"Bu işğal Azərbaycan Xalq Cəbhəsinin xəyanətkar və satqın hərəkətlərinin nəticəsidir"
Dövlət başçısı çıxışında bu gün dövləti, torpağı satanların özlərini "müxalifətçi" adlandırmasına da toxunaraq bildirib ki, Azərbacan xalqı onları yaxşı tanıyır: "Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bilmək olmur Ermənistan hələ haraya qədər gəlib çıxa bilərdi. Ona görə bu tarixi hər kəs bilməlidir. Bu işğal Azərbaycan Xalq Cəbhəsinin xəyanətkar və satqın hərəkətlərinin nəticəsidir. Xalq onlara dözmədi, qaçıb getdilər. Buna nə ad vermək olar? Ancaq fərarilik. Prezident fərarilik edib, qaçdı Kələkiyə. Yaxşı, sən Ali Baş Komandansan, ölkə müharibə şəraitindədir. Sən xalqı, dövləti, dövlətçiliyi qorumalısan. Gecə ilə gizlin təyyarəyə minib, uçub Naxçıvana, oradan gedib oturub Kələkidə. Buna nə ad vermək olar? İndi buna bəraət qazandırmaq istəyənlərə üz tutub deyirəm. Nə ad vermək olar buna? Qorxaqlıq, satqınlıq, fərarilik. Başqa ad yoxdur. Hamı da bunu bilməlidir. O birilər nə etdilər? O vaxtkı dövlət katibi indi özünü guya müxalifət adlandırır. Amma o hansı müxalifətdir Azərbaycan xalqı yaxşı bilir. Onların tərbiyəsi, mərifəti, addımları nədən ibarətdir, indi bütün vətəndaşlar internetdə görürlər. Mən demişəm ki, Azərbaycanda nə qədər pis olsa, onlar üçün o qədər yaxşıdır".
"Sevinirlər ki, neftin qiyməti 14 dollara düşüb, buna kim sevinir - bir Ermənistan, bir də özünü müxalifət adlandıran bu antimilli şura"
Dövlət başçısı siyasət rüşeymləri olan radikal müxalifətin hələ də Azərbaycanın uğurlarına necə qısqanclıqla yanaşdığını, Azərbaycanın əsas gəlir mənbəyi olan neftin qiymətinin dünya bazarında aşağı enməsindən sevinc hissi keçirdiyini kəskin tənqid edib: "Görün, nəyə sevinirlər! Sevinirlər ki, neftin qiyməti 14 dollara düşüb. Buna kim sevinir? Bir Ermənistan, bir də özünü müxalifət adlandıran bu antimilli şura. Neftin qiyməti 14 dollara düşəndə, axı insanlar bundan əziyyət çəkəcək, problemlər yaranacaq, sosial sahədə problemlər yaşana bilər, iqtisadiyyatımız yavaşıyar. Amma bu onların işinə yarayır, Azərbaycan üçün nə qədər pisdir, onlar üçün o qədər yaxşıdır. Bax, onlar o vaxt da bu prinsiplə yaşayırdılar. Ona görə torpaqlarımızı əldən verdilər. Dövlət katibi o vaxt prezidentlə bir yerdə fərarilik edib. O da getdi gizləndi Kələkidə. Parlamentin sədri fərarilik etdi. Onlar fəraridirlər, satqındırlar, xaindirlər. Hər kəs bunu bilməlidir, heç kim bunu unutmamalıdır".
"Xalqa, dövlətə xəyanət edən xaindir"
Dövlət başçısı çıxışlarında, xalqla görüşlərində dəfələrldə "xəyanətkar xalqın düşmənidir" deyərək bildirib ki, xalq bu özünü "müxalifətçiyəm" deyənlərin xəyanətini unutmadığını və bundan sonra da unutmayacağını deyib. Elə mayın 13-də Azər Qocayevi Kəlbəcər rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoqəbulda çıxışı zamanı da radikal müxalifətin xəyanətkar xain olduğunu bildirərərk xalqın onların bu xəyanətlərini unutmamağı dedi: "Azərbaycan xalqı bunu unutmamalıdır, xalq düşmənlərini unutmamalıdır. Mən onları öz adları ilə çağırıram. Belə də olmalıdır. Çünki xalqa, dövlətə xəyanət edən xaindir. Xaricin maraqlarını burada təmin etmək istəyən, öz xalqına, öz xalqının, dövlətinin maraqlarına zərbə vurmaq istəyən düşməndir. Bunun başqa adı yoxdur. Hamı da bunu bilməlidir".Və bu gün dövlət başçımızın hər görüşdə dediyi bu sanballı faktlardan sonra AXCP-Müsavat hansı xəyanət axtarışını edir?. Və özlərini "lider" adlandıran Əli Kərimli ən birinci cinayətkar və xəyanətkar deyilmi? Məşhur fransız ədibi Viktor Hüqo dediyi kimi: "Vətənini rüsvay etmək - ona xəyanət etmək deməkdir".Və bu gün bu xainlər, satqınlar Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli, Gültəkin Hacıbəyli vəbu kimi fərdlər sosial şəbəkələrdə bütün dünyanı ağuşuna alan kornavirusa qarşı ən düşünülmüş addamı atan dövlətimizin apardığı uğurlu nəticələrə qarşı çıxaraq süni səs-küy, böhtanlar yağdırmaqla xalq, millət sevgisi qanacaqlarına ümid edirlər. Ancaq anlamırlar ki, xalqın birə-on nifrətini qazanırlar. Çünki tarix unudlumur. Əgər sosial şəbəkə virusları cinayəti demokratiya, əxlaqsızlığı şəxsi həyat, xəyanəti fəaliyyət azadlığı kimi təqdim etməyi "siyasi mübarizə" adlandıraraq özlərini "əsl müxalifətçi" hesab edirlərsə, o zaman susmaq haraya qədər?Göründyü kimi, radikal müxalifət başqa cürə də hərəkət edə bilməz, çünki onlar əsl simalarını nümayiş etdirirlər. Ancaq bu parazitlr anlamırlar ki, "sirkə nə qədər tünd olsa öz qabını çatladacaq". Çünki onlar erməni lobbisinin göstərişlərinə uyğun idarə olunurlar və sözsüz ki, Vətən, millət, dövlət, xalq anlayışı belə şəxslərə yaddır. Və bütün bunlardan sonra istər Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli və bu kimi satqınların Azərbaycan xalqı adından danışmağa, ümumiyyətlə, bu ölkədə yaşamağa hüququ varmı...?!Artıq, bu sualın da cavabını hüquq-mühafizə orqanları versələr daha yaxşı olardı. Çünki bu məsələ get-gedə daha çox qabarmaqdadır...Və xalqımız əmin olsunlar ki, Vətənə və dövlətə qarşı xəyanət yolu tutan bu satqın və naqis xəyanətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar.

sia.az