Siyasət

  • 9 771

"İşğala son qoymağın ən real yolu müharibədir" ÖZƏL-MÖVQE

image

"Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında növbəti online görüş keçiriləcək. ATƏT-in Minsk Qrupunun görüşü keçirməkdə əsas məqsədi münaqişənin müharibə mərhələsinə keçməsinə imkan verməməkdir". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.Politoloqun sözlərinə görə, bəzən bəzi deputatlarımız və ekspertlərimiz "münaqişənin həlli, açarı Rusiyadadır", deyə bildirirlər: "Bu məsələyə aydınlıq gətirmək istərdim. Rusiya siyasi təzyiq edərək erməniləri kompromisə təhrik edə bilməz. Reallıq budur ki, bu gün Ermənistan cəmiyyəti torpaqları özünkü hesab edir və işğal etdikləri torpaqları heç bir təzyiqlə qaytarmaq niyyətində deyil. Belə olan təqdirdə işğala son qoymağın ən real yolu müharibədir. Hazırkı dünyada müharibə etmək “hüququ” hegemon dövlətlərin monopoliyasındadır. Belə olan təqdirdə, bizə lazım olan bizim ərazi bütövlüyünü bərpa etdiyimiz zaman Rusiyanın bunu səssiz qarşılamasıdır. Moskvanın Azərbaycan ordusunun hərbi əməliyyatlarına başlamasına müdaxilə etməməsi.Qüdrət Həsənquliyevin müsahibəsini mətbuatdan oxudum. Doğrudan da, Bakı-Moskva müzakirələri vacibdir. Bunun üçün isə, fəal şəkildə Azərbaycan - Rusiya arasında Qarabağ danışıqlarına ehtiyac var. Lakin, bu heç də asan proses deyil. Rusiyanın geosiyasi maraqlarını, bu dövlətin xarici siyasətlə bağlı qərarlarında XİN institutunun vacib rol oynadığını və bu quruma erməni Lavrovun başçılıq etdiyini nəzərə alsaq onların Cənubi Qafqazda müharibə başlayarsa susması qarşılığında çox böyük bazarlıq siyahısı olacaq .Bir məsələni də unutmayaq kı, ABŞ, Fransa kimi dövlətlər Rusiya kimi münaqişənin indiki vəziyyətdə qalmasında maraqlıdırlar. Yəni sabah münaqişə alovlanarsa Qərbdəki erməni diaspora təşkilatları və onların pulla aldıqları ictimai - siyasi xadimlər anti - Azərbaycan bəyanatları verəcəklər. Buna görə, biz bu istiqamətdə də tədbirlərimizi görməliyik".

sia.az

Digər xəbərlər