Siyasət

  • 10 207

“İlham Əliyevin irəli sürdüyü bu təşəbbüs dəstəyə layiqdir”

image

“Azərbaycan Prezidentinin koronavirus pandemiyası ilə əlaqədar BMT Baş Assambleyasının xüsusi iclasının çağırılması ilə bağlı irəli sürdüyü təşəbbüs COVID-19-un yayılmasına qarşı beynəlxalq səyləri birləşdirmək və üzv ölkələrin BMT Nizamnaməsinə uyğun olaraq bir-biri ilə əməkdaşlıq etmək öhdəliyini yerinə yetirmək istiqamətinə uyğundur və dəstəyə layiqdir”. SİA “Moskva-Baku” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-də Daimi Nümayəndəsinin müavini Dmitri Çumakov bildirib.“Eyni zamanda, belə bir təklifin həyata keçirilməsi bir sıra texniki aspektlərin həllini tələb edir, çünki pandemiya dövründə biz virtual rejimdə işləyirik. Bu təşəbbüsün həyata keçirilməsi ilə bağlı məsələlərin müzakirəsində fəal iştirak etməyə hazırıq”,- deyə Çumakov qeyd edib.Xatırladaq ki, mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi videokonfrans formatında təşkil olunan zirvə toplantısında BMT Baş Məclisinin koronavirus pandemiyası (COVID-19) ilə mübarizə və pandemiyanın təsirlərinin yüngülləşdirilməsi tədbirlərinə həsr olunmuş, dövlət və hökumət başçıları səviyyəsində xüsusi iclas keçirilməsini təklif edib.Qeyd edək ki, pandemiya başlayandan etibarən Azərbaycan 30-a yaxın dövlətə maddi və humanitar dəstək verib. Belə ki, Azərbaycan İrana dəstək üçün 5 milyon dollar, ÜST-ə 10 milyon dollar, o cümlədən pandemiya dövründə çətinlik çəkən ölkələrə 5 milyon dollar yardım ayırıb.

sia.az

Digər xəbərlər