PDF Oxu

Siyasət

  • 11 089

“Mən, sapı özümüzdən olan baltaların, öz dövlətinə, millətinə qarşı düşmənçəliyini başa düşmürəm” – ADİL ƏLİYEV

image

“Dostlar, ölkəmizə qarşı baş verən erməni təxribatına səssiz qalmayan və dünyanın müxtəlif ölkələrində bu təcavüzə diqqət çəkən həmvətənlilərimizlə fəxr etməmək mümkün deyil. Eyni zamanda, Brüsseldə, Los-Ancelesdə erməni vandalları tərəfindən həmyerlilərimiz hücumlara məruz qalır. Artıq bütün dünya görür ki, Ermənistan dövləti şovinizmi dövlət siyasəti səviyyəsində aparır”.SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin vitse-spikeri Adil Əliyev Facebook sosial şəbəkəsində yazıb. O qeyd edib ki, habelə baş verənlərə görə həm ABŞ-da, həmdə Belçikada hadisələri törədən ermənilər saxlanılmış, onların törətdikləri cinayətlərə görə ədalətli cəza alacaqlarını güman edirəm. SİTAT: “Xəsarət alan həmvətənlilərimizə Allahdan şəfa diləyirəm”.Vitse-spiker bu kimi həssas məsələdə Avropada yaşayan və anti-Azərbaycan xarakterli çıxışlar edən dırnaqararsı “siyasi mühacirlərin” xəyanətkar fəaliyyətlərinə də toxunub və bildirib ki, onlar düşmənlərlə əlbir olaraq dövlətçiliyimizə, milli maraqlarımıza qarşı çıxışlar edir, bu vasitə ilə riyakarlıqlarını nümayiş etdirirlər: “Dostlar, fürsətdən istifadə edib, bir məsələyə münasibət bildirmək istəyirəm. Aydın məsələdir ki, Azərbaycanımızı, inkişaf etmiş, güclü dövlət kimi görmək istəməyən dövlətlər var, keçmişdə də olub, gələcəkdə də olacaq. Ancaq mən, sapı özümüzdən olan baltaların, öz dövlətinə, millətinə qarşı düşmənçəliyini başa düşmürəm. Hələ ki, bu satqın, başı boş, vətəndaşlarımız düşmən dəyirmanına su tökəcək, öz dövlətinə, millətinə, ölkəsinə qarşı kampaniya aparacaq, biz belə təklənib, hücumlara məruz qalacağıq. Satqınlara, söyüş söyənlərə AR OLSUN”.Xatırladaq ki, Avropdakı bəzi qruplar yenidən fəallaşaraq, Azərbaycanın haqq-ədalət səsini ucaldanlara qarşı təhqir və söyüşlər yağdırmağa başlayıblar.

sia.az

Digər xəbərlər