Siyasət

  • 10 132

Rusiyalı polkovnik: “Ermənilər qorxaqdırlar, vəssalam!” REALLIQ+FAKT

image

"Mən Qarabağda xidmət etmişəm. Bizim hərbi hissə ermənilərin tərəfində döyüşürdü. Və siz necə düşünürsünüz: həmin əclaflar bizim kürəyimizin arxasında gizlənirdilər. Nə zaman ki, uzaqdan azərbaycanlılar görünürdülər, dərhal silahlarını ataraq geriyə qaçırdılar. Ancaq hər hansı bir yeri tuturduqsa, qaçaraq bağırırdılar ki, erməni torpaqlarını "aşotların dəmir iradəsi" ilə azad ediblər". SİA xəbər verir ki, bu fikirlər Rusiya Federasiyasının polkovniki, Gümrüdə yerləşən 102-ci hərbi bazanın sabiq komandanı Ruzinski Andrey Yuryeviçə məxsusdur.O, qeyd edib ki, xidməti başa çatdıqdan sonra doğma yurduna - Stavropol vilayətinə geri dönüb və görüb ki, Qarabağda onlara görə döyüşərkən, ermənilər onun vətənində ağalıq edirlər, "Ermənistanın böyüklüyündən", "erməni döyüşçülərinin qəhrəmanlıqlarından" dəm vururlar."Onlar qorxaqdırlar vəssəlam! Bilmirəm siz ermənilər hansı qəhrəmanlıdan danışırsınız. Bəli, 1994-cü ildə Rusiya olmasaydı, Qarabağ da ermənilərin olmayacaqdı. Rusiya olmasa idi, indi heç Ermənistan da olmazdı", rus polkovniki etiraf edib.

sia.az

Digər xəbərlər